Ana Vətən

Ana torpaq, ana vətən, ana diyar
Övladını ana sevər, ana duyar
Sən andımsan, qanadımsan, əməlimsən
Sabahımsan, bu günümsən, əzəlimsən

Qurbanınam, ana vətən
Sınağa çək, bu mən, bu sən
Axı necə sevməyəsən?
Könül sevər göz düşəndə
Qurbanınam, ana vətən
Sınağa çək, bu mən, bu sən
Axı necə sevməyəsən?
Könül sevib, göz düşəndə

Övladınam, beşiyimsən, bələyimsən
Sən arzumsan, istəyimsən, diləyimsən
Əsrlərdən gələn səssən, ana torpaq
Müqəddəsdən müqəddəssən, ana torpaq
Qurbanınam, ana vətən
Sınağa çək, bu mən, bu sən
Axı necə sevməyəsən?
Könül sevib, göz düşəndə
Qurbanınam, ana torpaq
Sınağa çək, bu mən, bu sən
Axı necə sevməyəsən?
Könül sevib, göz düşəndə

Qurbanınam, ana vətən
Sınağa çək, bu mən, bu sən
Axı necə sevməyəsən?
Könül sevər göz düşəndə
Qurbanınam, ana vətən
Sınağa çək, bu mən, bu sən
Axı necə sevməyəsən?
Könül sevib, göz düşəndə
Könül sevib, göz düşəndə
Könül sevib, göz düşəndə



Credits
Writer(s): Elmira Rəhimova
Lyrics powered by www.musixmatch.com

Link