Sevirəm Desən

Qorxuram, yenə də ayrılıq ola
Gəlişin aylara, illərə qala
Qorxuram, yenə də ayrılıq ola
Gəlişin aylara, illərə qala
Bir ömür baxaram sən gələn yola
Bir axşam "Yanına gəlirəm" desən
Bir ömür baxaram sən gələn yola
Bir axşam "Yanına gəlirəm" desən
Nə zaman çağırsan, gələrəm o gün
Səndən bir məhəbbət dilərəm o gün
Nə zaman çağırsan, gələrəm o gün
Səndən bir məhəbbət dilərəm o gün
Bəlkə də, sevincdən ölərəm o gün
Sən mənə "Dərdindən ölürəm" desən
Bəlkə də sevincdən ölərəm o gün
Sən mənə "Dərdindən ölürəm" desən

Eşqimi, könlümü vermişəm sənə
Mən qurban kəsərəm sən gələn günə
Eşqimi, könlümü vermişəm sənə
Mən qurban kəsərəm sən gələn günə
Sevirəm deyirəm mən dönə-dönə
Nə olar, bircə yol "Bilirəm" desən
Sevirəm deyirəm mən dönə-dönə
Nə olar, bircə yol "Bilirəm" desən
Nə zaman çağırsan, gələrəm o gün
Səndən bir məhəbbət dilərəm o gün
Nə zaman çağırsan, gələrəm o gün
Səndən bir məhəbbət dilərəm o gün
Bəlkə də sevincdən ölərəm o gün
Sən mənə "Dərdindən ölürəm" desən
Bəlkə də sevincdən ölərəm o gün
Sən mənə "Dərdindən ölürəm" desən

Nə zaman çağırsan, gələrəm o gün
Səndən bir məhəbbət dilərəm o gün
Nə zaman çağırsan, gələrəm o gün
Səndən bir məhəbbət dilərəm o gün
Bəlkə də sevincdən ölərəm o gün
Sən mənə "Dərdindən ölürəm" desən
O zaman sevincdən ölərəm o gün
Sən mənə "Dərdindən ölürəm" desən, ay



Credits
Lyrics powered by www.musixmatch.com

Link