Bakı

Körpələrə beşik, gənclərə sirdaş
Küçələr, döngələr sirlərlə dolu
Gələcəyə gedən hər kəsə yoldaş
Bakıdan keçəcək dünyaya yolun
Abşeron bağları tarix kimidir
Ağ-qara şanısı meynələrində
İçərişəhəri qədimdən qədim
Xəzər pıçıldayır hər səhərində
Qara gecələri sehrli aləm
Ruhumu oxşayır küləkləriylə
Gözəl rəssam kimi əlində qələm
Çox əsər yaradıb sevgiləriylə
Bakı - sən ilk sevgim, son məhəbbətim
Bakı, şəhərlərin ən gözəlisən
Bakı, səndə tapdım öz qismətimi
Mənimçün dünyanın möcüzəsisən
Bakı - sən ilk sevgim, son məhəbbətim
Bakı, şəhərlərin ən gözəlisən
Bakı, səndə tapdım öz qismətimi
Mənimçün dünyanın möcüzəsisən

Payızı ecazkar, qışı nağıldır
Yazı da, yayı da ana qucağı
Unudulmazların izləri qaldı
Bakı xatırladır doğma ocağı
Abşeron bağları tarix kimidir
Ağ-qara şanısı meynələrində
İçərişəhəri qədimdən qədim
Xəzər pıçıldayır hər səhərində
Qara gecələri sehrli aləm
Ruhumu oxşayır küləkləriylə
Gözəl rəssam kimi əlində qələm
Çox əsər yaradıb sevgiləriylə
Bakı - sən ilk sevgim, son məhəbbətim
Bakı, şəhərlərin ən gözəlisən
Bakı, səndə tapdım öz qismətimi
Mənimçün dünyanın möcüzəsisən
Bakı - sən ilk sevgim, son məhəbbətim
Bakı, şəhərlərin ən gözəlisən
Bakı, səndə tapdım öz qismətimi
Mənimçün dünyanın möcüzəsisən
Mənimçün dünyanın möcüzəsisən
Bakım, sən dünyanın möcüzəsisən



Credits
Writer(s): Xanim Qarayeva
Lyrics powered by www.musixmatch.com

Link