Güloğlan - Azərbaycan Xalq Mahnısı

Evləri köndələn yar
Bizə gül göndərən yar
Gülün yarpıza dönsün
Məndən üz döndərən yar
Gülün yarpıza dönsün
Məndən üz döndərən yar

Özü bir gül, sözü bülbül, saçı sümbül Güloğlan
Dur, gəl, mən sənə qurban
Özü bir gül, sözü bülbül, saçı sümbül Güloğlan
Dur, gəl, mən sənə qurban

Ay qara çuxa, boz papaq, çit arxalı Güloğlan
Ay qara çuxa, boz papaq, çit arxalı Güloğlan
Atını yan çək, qapqara birçək, hamıdan göyçək Güloğlan
Atını yan çək, qapqara birçək, hamıdan göyçək Güloğlan, Güloğlan
Can

Alma versəm, almazsan
Sən almadan qalmazsan
Hansı bağın gülüsən?
İylədikcə solmazsan
Hansı bağın gülüsən?
İylədikcə solmazsan

Özü bir gül, sözü bülbül, saçı sümbül Güloğlan
Dur, gəl, mən sənə qurban
Özü bir gül, sözü bülbül, saçı sümbül Güloğlan
Dur, gəl, mən sənə qurban

Qapıda duran oğlana gül, oğlana gül, oğlana
Boynuna buran oğlana gül, oğlana gül, oğlana
Bir rəhmin gəlsin, nənə; gəlsin, nənə; gəlsin, nənə
Qoy, məni alsın, nənə; alsın, nənə; alsın, nənə



Credits
Writer(s): Dp, Esref Tonbuloglu
Lyrics powered by www.musixmatch.com

Link