Ceyranım

Yadındamı, bir gəzərdik
Dağı, bağı, ay ceyranım
Sanırdım ki, sən bir xanım
Mən bir ağa, ay ceyranım
Sanırdım ki, sən bir xanım
Mən bir ağa, ay ceyranım
Ceyranım, ay ceyranım
Küsmə məndən, ay ceyranım
Sən küssən də, eybi yoxdur
Mən küsmərəm, ay ceyranım

Sevgi, məhəbbət sanardım
Bu sevdadan usanardım
Sağa-sola boylanardım
Harada qaldın, ay ceyranım?
Sağa-sola boylanardım
Harada qaldın, ay ceyranım?
Ceyranım, ceyranım
Ceyranım, ay ceyranım
Harada qaldın, ay ceyranım?
Sən küssən də, eybi yoxdur
Mən küsmərəm, ay ceyranım

Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir
Eşqdən məhrum olan insanlığa biganədir, ay balam
Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri
A-a-a-a, a-a-a-a, yar, a-a-a-a

Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri
Bir könül ki eşq zövqün duymasa, qəmxanədir
Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri
Bir könül ki eşq zövqün duymasa, qəmxanədir

Vahidəm mən, sevgilim məndən xəyanət görməzsən
Şairəm, öz qəlbimdə eşqim kimi mərdanədir
Ey, ay can, ey
Ceyranım, ceyranım
Ceyranım, ay ceyranım
Küsmə məndən, ay ceyranım?
Sən küssən də, eybi yoxdur
Mən küsmərəm, ay ceyranım
Ceyranım, ay ceyranım
Küsmə məndən, ay ceyranım?
Sən küssən də, eybi yoxdur
Mən küsmərəm, ay ceyranım



Credits
Writer(s): Mustafa Incəli
Lyrics powered by www.musixmatch.com

Link