İtkin Gəlin

Ölüm bu dünyanın bu üzündədir
O üzü dünyanın güldür-çiçəkdir
Ölüm bu dünyanın bu üzündədir
O üzü dünyanın güldür-çiçəkdir
Ölməzlik məhəbbət zirvəsindədir
Məhəbbət əbədi ömür deməkdir
Ölməzlik məhəbbət zirvəsindədir
Məhəbbət əbədi ömür deməkdir
Məhəbbət əbədi ömür deməkdir
Sızlama, ürəyim, sən dözümlü ol
Bu dünya həm acı, həm də şirindir
Bir gözlə, sən Allah, bir gözünlə gül
Bu dünya əzabına dözənlərindir

Hicranın yolları bitməz, tükənməz
Vüsal yollarına qar ələnibdir
Hicranın yolları bitməz, tükənməz
Vüsal yollarına qar ələnibdir
Ömrümü eşqinə qurban deyən kəs
Xəyanət əliylə güllələnibdir
Ömrümü eşqinə qurban deyən kəs
Xəyanət əliylə güllələnibdir
Xəyanət əliylə güllələnibdir
Sızlama, ürəyim, sən dözümlü ol
Bu dünya həm acı, həm də şirindir
Bir gözlə, sən Allah, bir gözünlə gül
Bu dünya əzabına dözənlərindir



Credits
Lyrics powered by www.musixmatch.com

Link