Nazəndə Sevgilim

Dəydi saçlarıma bahar küləyi
Nazəndə sevgilim, yadıma düşdün
Hərənin bəxtinə bir gözəl düşər

Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün

Sənsiz dağ döşünə çıxdım bu səhər
Ötdü qumru kimi gül şəlalələr
De, niyə yalqızsan? Sordu lalələr
Ey tazə-tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Ey tazə-tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Ey tazə-tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Ey tazə-tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün



Credits
Writer(s): Cahangir Cahangirov, Islam Seferli, Andrey Babayev
Lyrics powered by www.musixmatch.com

Link