Gecələr

Mən içki içməmişəm, olmamışam heç sərxoş
Bədənim köhnə fikirlərdən olur dəm gecələr
Bu günəş nurlu sabah kimlərə xoşdur bilməm
Mən gecənin xəstəsiyəm, başqa bir aləm gecələr

Dəm gecələr, oluram dəm gecələr
Gündüz saf və təmiz, günahkar adəm gecələr
Elə bil, fikri-хəyal məhkum edir tənhalığa
Nə qədər zülmət olar gözlərimdə, cəm gecələr

Neçə aləmlərə aləm sığışıbdır elə bil
Belə aləmlərə bənzərdi bu aləm, gecələr
O qədər diz çöküb aləmnən hüzur istəmişəm
Gətirib yorğanım altında verib qəm gecələr!

Neçə pərvanələrim yandı məhəbbət oduna
Məni yandırmış odum, bəlkə mənəm şəm gecələr
Nə günah eyləmişəm bir tədarük odun kimi
Elə onlardı yanar canda cəhənnəm gecələr

Gözümün yaşı bitəndən sandım dərd də bitib
Sən demə, bitməyəcək gözlərimdə nəm gecələr
Bu nə qəmdir, bu nə dərddir, bu deyil sadəcə nəm
Əməlli başlı axır gözümdə zəm-zəm gecələr

Deyirsən, zülmətin gəlib gedərdi
Sən yalan deyirsən, sən aldadırsan!
Kimlər ki, yadıma düşməməlidir
Onların hər birini xatırladırsan!

Nə saat var, nə zaman var, nə də yox bir dəqiqə
Necə zülmət daralır, ağlaram hərdən gecələr
Belə tənhalığa dözməz neçə illik məhbus
Özümlə baş başayam, yox mənə həmdəm gecələr

O qədər xəyallarım, diləklərim yarım qalıb
Elə onlar kimi hərdən qalıram kəm gecələr
Üzümdə təbəssümüm vardı mənim gündüzlər
Quruyur dil-dodağım mənim, niyə bilməm gecələr?!!

Tökülür vərəqlərimə dərdi-kədər qəlbimdən
Yazıram pis də olsa, onları silməm gecələr
Xəyalım quş tək uçar, dərdi yığar dünyadan
Yavaşca qonub oxuyar çiyinlərimə bəm gecələr

Bir də tüstülər, zəhərlər çəkirəm ard-arda
Həkimim yox, təbibim yox, ciyər vərəm gecələr
Məni salmış necə haldan-hala ağlım getmiş
Bəlkə də, yox olmuşam, bəlkə heçnəyəm gecələr!

Zülmətin içində məhkum olarsan
Ən gözəl hisslərin bir anlıq olar
Dünyası gecələr başlayanların
Ölümü gecədən qaranlıq olar!

Əlimnən nə gəlir heçnə bilmirəm
Bəlkə də sətirlər işıq yandırar
Mənim üçün günəşi söndürən Allah
Gün gələr gecəni işıqlandırar!



Credits
Writer(s): Elvin Nasir
Lyrics powered by www.musixmatch.com

Link