Azad Şuşa

Yaşa, vətən, yaşa
Azadsan, ey Şuşa
Oğlun, qızın səninlə baş-başa
Türkün avazında, zəfər sevdasında
Yetişdin vüsala, əziz Şuşa
Qələbənlə varsan
Sən haqq yolundasan
İgid oğulların diyarısan
Zəfərin mübarək
Doğma yer, yurd-yuva
Şuşa qalasından sevinir el-oba
Yaşa, Azərbaycan
Sənsiz neylər bu can?
Üçrəngli bayraq ucalsın hər an
Yaşa, Azərbaycan
Sənsiz neylər bu can?
Üçrəngli bayraq ucalsın hər an
Üçrəngli bayraq ucalsın hər an

Vətən eşqi sönməz
Bu torpaq bölünməz
Müzəffər ordumun gücü bitməz
Türkün avazında, zəfər sevdasında
Yetişdin vüsala, əziz Şuşa
Qələbənlə varsan
Sən haqq yolundasan
İgid oğulların diyarısan
Zəfərin mübarək
Doğma yer, yurd-yuva
Şuşa qalasından sevinir el-oba
Yaşa, Azərbaycan
Sənsiz neylər bu can?
Üçrəngli bayraq ucalsın hər an
Yaşa, Azərbaycan
Sənsiz neylər bu can?
Üçrəngli bayraq ucalsın hər an
Üçrəngli bayraq ucalsın hər an
Üçrəngli bayraq ucalsın hər an



Credits
Writer(s): Fidan Cəbiyeva
Lyrics powered by www.musixmatch.com

Link