Toy Mahnısı / Biz Mehriban Ailəyik / Esmira - Popurri

Qismət imiş qızıl gülün butası
Sən olasan yeddi oğul atası
Qız evini boynu bükük görəndə
İnciməsin bəy evinin qudası
Qismət imiş qızıl gülün butası
Sən olasan yeddi oğul atası
Qız evini boynu bükük görəndə
İnciməsin bəy evinin qudası
İgidlərin çoxdur sayı bu yerdə

Bəy oğlanın yoxdur tayı bu yerdə
Görüm, a bəy, toyun mübarək olsun
Sağdışına, soldışına borc olsun
Görüm, a bəy, toyun mübarək olsun
Sağdışına, soldışına borc olsun

Qız anası, əlli tərpən, diri gəl
Ay tоу bəyi, nə durmusan, bəri gəl
Bəyimizin tərifini deməyə
Aşıq qardaş, meydan sənin, bəri gəl
Qız anası, əlli tərpən, diri gəl
Ay tоу bəyi, nə durmusan, bəri gəl
Bəyimizin tərifini deməyə
Aşıq qardaş, meydan sənin, bəri gəl
İgidlərin çoxdur sayı bu yerdə

Bəy oğlanın yoxdur tayı bu yerdə
Görüm, a bəy, toyun mübarək olsun
Sağdışına, soldışına borc olsun
Görüm, a bəy, toyun mübarək olsun
Sağdışına, soldışına borc olsun

Üstümüzdən əsdi külək
Üstümüzdən əsdi külək
Şən zarafat, şirin kələk
Biz mehriban ailəyik
Biz mehriban ailəyik
Gəlin, dostlar, deyək, gülək
Biz mehriban ailəyik
Çox mehriban ailəyik
Gəlin, dostlar, deyək, gülək

Mehribanlıq səadətdir
Mehribanlıq səadətdir
Səadəti yaşadaq biz
Ömrün şövqü məhəbbətdir
Ömrün şövqü məhəbbətdir
Məhəbbəti yaşadaq biz
Ömrün şövqü məhəbbətdir
Ömrün şövqü məhəbbətdir
Məhəbbəti yaşadaq biz

Sənin qara gözünə mən qurbanam, ay Esmira
Sənin şirin sözünə mən heyranam, Esmira

Sənin qara gözünə mən qurbanam, ay Esmira
Sənin şirin sözünə mən heyranam, Esmira

Ölürəm, aman
Sevirəm, aman
Gəlirəm, aman
Esmira
Ölürəm, aman
Gəlirəm, aman
Sevirəm, aman
Esmira
Qara gözlü, gülər üzlü Esmira
Şirin sözlü, şirin dilli Esmira
Qara gözlü, gülər üzlü Esmira
Şirin sözlü, şirin dilli Esmira

Ay sevgilim, gəl, sevgilim
Bilirsən ki, səni sevirəm
Sağlam ikən xəstə etdin
İndi niyə mənə gülürsən?
Ay sevgilim, gəl, sevgilim
Bilirsən ki, səni sevirəm
Sağlam ikən xəstə etdin
İndi niyə mənə gülürsən?
Kaş səni görməyəydim
Bu cürə sevməyəydim
Sən mənə söz deyəndə
Lal olub dinməyəydim
Kaş səni görməyəydim
Bu cürə sevməyəydim
Sən mənə söz deyəndə
Lal olub dinməyəydim
Zəmanə vəfasız olarmı?
Sevən sevdiyindən doyarmı?
Zəmanə vəfasız olarmı?
Sevən sevdiyindən doyarmı?

Gözlərim yorulmayır
Yolunu gözləməkdən
Bu dilim usanmayır
Adını söyləməkdən
Gözlərim yorulmayır
Yolunu gözləməkdən
Bu dilim usanmayır
Adını söyləməkdən
Sevirsənsə, naz eyləmə
Sev doyunca, az eyləmə
Gözlərinlə könül evim
Yıxıb viran eyləmə
Sevirsənsə, naz eyləmə
Sev doyunca, az eyləmə
Gözlərinlə könül evim
Yıxıb viran eyləmə
O qara gözlərinin
Qəmzəsi yandırdı məni
O gül yanaqlarının
Busəsi yandırdı məni
O qara gözlərinin
Qəmzəsi yandırdı məni
O gül yanaqlarının
Busəsi yandırdı məni
O qara gözlərinin
Qəmzəsi yandırdı məni
O gül yanaqlarının
Busəsi yandırdı məni
O qara gözlərinin
Qəmzəsi yandırdı məni
O gül yanaqlarının
Busəsi yandırdı məni



Credits
Lyrics powered by www.musixmatch.com

Link