Günəbaxan

Bakının qala divarıdır sənin yoxluğun
Bu boyda şəhərə heç kəsi buraxmır
Yalnız və tənha dolaşıram
Heç bilmirəm, özümlə nə vaxt vidalaşdım
Hansı cümlənin bəlkəsində?
Hansı yadın səsində?
Məndə səni unutmağa güc hanı?
Çəkirəm də bu bitməyən hicranı
Çünki təbiətdən öyrənmişəm mən
Günəbaxan baxar günəş yurduna
Çünki təbiətdən öyrənmişəm mən
Günəbaxan baxar günəş yurduna

Vəd edirəm öz-özümlə görüşə
Gözləyirəm üfüqlərdən gün düşə
Sən və mən
Sənin xəndan olur gül dodaqların
Hər şeyin axırı heçdirsə, məncə
Sənin gözəlliyin getdikcə artar
Çevirib üzünü nereyə dönsən
Könlümün gözləri düşər ardına
Çünki təbiətdən öyrənmişəm mən
Günəbaxan baxar günəş yurduna
Çünki təbiətdən öyrənmişəm mən
Günəbaxan baxar günəş yurduna



Credits
Lyrics powered by www.musixmatch.com

Link