Az Eylədi

Eşq bağında açan güldür
Ömrüm ömür saçan güldür
Bircə kərə üzə güldü
Qış ömrümü yaz eylədi
Bircə kərə üzə güldü
Qış ömrümü yaz eylədi
Sevincimi məndən aldı
Ahım göylərə ucaldı
Məni yanar oda saldı
Sinəmi köz-köz eylədi
Məni yanar oda saldı
Sinəmi köz-köz eylədi

Həsrətinlə öldüm, aman
Öz halıma güldüm, inan
Vüsalına yoxdur güman
Çox yalvardım, naz eylədi
Vüsalına yoxdur güman
Çox yalvardım, naz eylədi

Daha sənə yoxdur sözüm
Qaralıbdır yanmaz közüm
Günahkaram, vallah, özüm
Neylədi, az eylədi
Günahkaram, vallah, özüm
Neylədi, az eylədi
Günahkaram, vallah, özüm
Neylədi, az eylədi
Ay, can, a, günahkaram, vallah, özüm
Neylədi, az eylədi
Neylədi, az eylədi



Credits
Lyrics powered by www.musixmatch.com

Link