Nə Yaxşı Sən Varsan

Gözlərim, nə vaxtdır, gözünə həsrət
Qulağım bir şirin sözünə həsrət
Özüm bu dünyanın özünə həsrət
Nə yaxşı sən varsan, sevirəm səni
Özüm bu dünyanın özünə həsrət
Nə yaxşı sən varsan, sevirəm səni

Sənə olan sevgim könül səsimdir
Bir xəzan çağında yaz həvəsimdir
Yanımda sən olsan, mənim bəsimdir
Nə yaxşı sən varsan, sevirəm səni
Sənə olan sevgim könül səsimdir
Bir xəzan çağında yaz həvəsimdir
Yanımda sən olsan, mənim bəsimdir
Nə yaxşı sən varsan, sevirəm səni

Dünya dağılmaz ki, sən mənim olsan
Gəlib ürəyimi, könlümü alsan
Yoxsa bir yuxusan, şirin xəyalsan?
Nə yaxşı sən varsan, sevirəm səni
Yoxsa bir yuxusan, şirin xəyalsan?
Nə yaxşı sən varsan, sevirəm səni

Sənə olan sevgim könül səsimdir
Bir xəzan çağında yaz həvəsimdir
Yanımda sən olsan, mənim bəsimdir
Nə yaxşı sən varsan, sevirəm səni
Sənə olan sevgim könül səsimdir
Bir xəzan çağında yaz səhərimdir
Yanımda sən olsan, mənim bəsimdir
Nə yaxşı sən varsan, sevirəm səni

Sənə olan sevgim könül səsimdir
Bir xəzan çağında yaz həvəsimdir
Yanımda sən olsan, mənim bəsimdir
Nə yaxşı sən varsan, sevirəm səni
Sənə olan sevgim könül səsimdir
Bir xəzan çağında yaz həvəsimdir
Yanımda sən olsan, mənim bəsimdir
Nə yaxşı sən varsan, sevirəm səni
Nə yaxşı sən varsan, sevirəm səni
Yaxşı ki sən varsan, sevirəm səni



Credits
Writer(s): Baba Vəziroğlu, Kamal Kamal
Lyrics powered by www.musixmatch.com

Link