Lənət

Sözlər var ürəyimə təsvir
Birdən-birə yaradılmış
Eşq yaraları qanadırmış
Kimi xalis insandır, kimi şeytanların əsli
İnsan suyuna batırılmış
Saxta hisslərinə qapılmış
Bilsəm mən, bu həyatın harasıdır?
Hara gedim, hara sığım?
Bu ömrün gedişatı bizə görə yeni bir dərsdir
Kimə danışsam?
Yalnız mən nə pulunu, parasını
İstəmirəm, hamısını götür
Həyat, üzərimə gəlmə mənim
Daha bəsdir, bunun ağrısı kəsmir
Məni soruşsan
Çöküb üstümə lənət
Kimə cəhənnəmdir dünya, kimlərə görə cənnət
Həyatın bu günü, sabahı dünənindən ibarət
Kimə kimdən əmanət?
Ver sevgidə eşqi, al yerinə xəyanət
Köhnə kənd, yeni adət
Zamanın oyunu, bədənim yorulur, yox taqət
Bu gedişlə bizim sonumuz görünürsə rəzalət
Vicdanda hərarət
Səndən mənə "çıx get"
Məndən sənə dəvət
Sonsuzluğa batmışam
Sanki ölümcül yuxuya yatmışam bilmədən
Mən qaçmamışam heç vaxt
Dərdi üzərimə dartmışam
Yer yoxdurmu yer üzündə yer bilənlərə?
Addımı dünyadan atmışam
Bax zahirən biri var otuzlarında
Amma daxilən əlli beş, altmışam
Amma bu həyatın harasıdır?
Hara gedim, hara sığım?
Bu ömrün gedişatı bizə görə yeni bir dərsdir
Kimə danışsam?
Yalnız mən nə pulunu, parasını
İstəmirəm, hamısını götür
Həyat, üzərimə gəlmə mənim
Daha bəsdir, bunun ağrısı kəsmir
Məni soruşsan
Çöküb üstümə lənət
Kimə cəhənnəmdir dünya, kimlərə görə cənnət
Həyatın bu günü, sabahı dünənindən ibarət
Kimə kimdən əmanət?
Ver sevgidə eşqi, al yerinə xəyanət
Köhnə kənd, yeni adət
Zamanın oyunu, bədənim yorulur, yox taqət
Bu gedişlə bizim sonumuz görünürsə rəzalət
Vicdanda hərarət
Səndən mənə "çıx get"
Məndən sənə dəvət



Credits
Lyrics powered by www.musixmatch.com

Link