Qara Buludlar

Kimdən soruşsan, yaralı qəlbi
Heç kim bilmədi çarəsi nədir
Axtarsaq da biz tapa bilmədik
Artıq sevgilər ancaq dildədir
Heç nə indi bax maraqlı gəlmir
Gülüşlərin azalıb müddəti
Yaranıb artıq yolu hərənin
İndi sənə kim səhər gül dərir?
Yar... Alıb göyü qara buludlar
Çətindir mənə səni unutmaq
Bu soyuq əllərimi kim tutar?!
Sən olmasan axı nə fərqi var?!
Alıb göyü qara buludlar
Çətindir mənə səni unutmaq
Bu soyuq əllərimi kim tutar?!
Sən olmasan axı nə fərqi var?!

Kimdən soruşsan, yaralı qəlbi
Heç kim bilmədi çarəsi nədir
Axtarsaq da biz tapa bilmədik
Artıq sevgilər ancaq dildədir
Heç nə indi bax maraqlı gəlmir
Gülüşlərin azalıb müddəti
Yaranıb artıq yolu hərənin
İndi sənə kim səhər gül dərir?
Ləçəkləri qopardılar çiçəkdən
Səni əlimdən aldılar, apardılar
Özümə gələ bilmədim neçə il mən
Sənin qoxun qalan yataq soyuq, otaq duman
Ləçəkləri qopardılar çiçəkdən
Səni əlimdən aldılar, apardılar
Özümə gələ bilmədim neçə il mən
Sənin qoxun qalan yataq soyuq, otaq duman



Credits
Writer(s): Məhər Məmmədov
Lyrics powered by www.musixmatch.com

Link