Balaca Kişilər
Dedilər, "Cırlaşıb gedib bu millət
Hamı xırdalaşıb, hamı kiçilib."
Dedilər, "Şücaət bir şüşə şərab
Artıq dibinəcən çoxdan içilib."
Dedilər, "Zəmanə dəyişib daha
Vətənçün öldürüb ölmür oğullar
Daha sinəsini verib qabağa
Düşmənin üstünə gəlmir oğullar."
Dedilər, "Kişilər əvvəlki deyil
Oğullar Ayfonçün zülümə gedir
Oğullar üç otaq təmirli evçün
Təzə Mersedesçün ölümə gedir."
Dedilər, "Kişilik, hünər, cəsarət
Daha gözə dəymir, keçmişdə qalıb
"Vətənə canım da qurbandı" demək
Yalnız dildə qalıb, vərdişdə qalıb."
Dedilər, "Budurmu igid cavanlar?"
Dedilər, "Budurmu mərd pəhləvanlar?
Boyları bir tikə, belləri əyri
Telefon xəstəsi bu uşaq-muşaq
Düşmən gülləsinə sinə gərəcək?
Düşmən həmləsinə sipər olacaq?"
Bir dayan, de görüm bu cür sözləri
Hansı quşürəkli, qorxaqdır deyən?
"Kişilər qalmayıb daha" kəlməsin
Hansı binamusdu, alçaqdı deyən?
Kişi yetişdirən kafe, bar deyil
Kişi yetişdirən oddu, alovdu
Bu gün kişi yeri Park Bulvar deyil
Bu gün kişilərin yeri Murovdu
Burda əcəlin də çörəyi yavan
Yağlanıb-piylənən burda görünmür
Yağlanıb-piylənən şəhər içində
Tıxacda sürünür, yerdə sürünmür
Yağlanıb-piylənən hardan anlasın
Nədir Vətən üçün canını vermək?
Onunçün ən böyük qəhrəmanlıqdı
Trasda maşını yüz əlli sürmək
O, mərmi nə bilir, tank nə anlayır?
Varıdı tank kimi "Qalenvageni"
Sükan arxasında burnun dik tutub
"İgidliklə" söysün yolu keçəni
O, zəif deyilən, cılız deyilən
O, xırda uşaqlar əsgərdi bu gün
Geyinib ruhuna mərdlik libasın
Düşmənə gücünü göstərdi bu gün
Əsgər paltarını geyinəndə də
Bilmirdi güllədən köksü deşilər
Qəfil böyüdülər, tez böyüdülər
Balaca kişilər, cavan kişilər
Səngərin küncündə hücum gözləyən
Bu cılız balalar uşaq oldular
Torpaqdan güc alıb hücuma qalxıb
Sərt qaya oldular, bir dağ oldular
On səkkiz, on doqquz, iyirmi yaşda
Arzusu ürəkdə, niyyəti başda
Başları üstündə uca Allahı
Ayaqlar dəmirdi, ürəklər polad
Dikəlib səngərdən, açıb silahı
Yüyürüb qaçanda düşmən üstünə
Gözlərə heç bir şey görünmür daha
Yol gedir zəfərlə dolu sabaha
Güllələr altında, mərmi səsində
Səngərdən dikəlib qalxan saniyə
Əlləri bir dəmir məngənə oldu
Düşmən boğazından yapışsın deyə
Səngərdən dikəlib qalxan saniyə
Ölümün gözünə baxan saniyə
Balaca kişilər yoxa çıxdılar
Yeri parçalayıb əzəmətiylə
Torpaqdan elə bil divlər qalxdılar
Dünən sevgilərlə dolmuşdu gözü
Qəzəbli gözündən bu gün qan sızır
Dünən qızlar üçün "sms" yazan
Bu gün öz qanıyla "şücaət" yazır
Dünən kompüterdə avtomat atıb
Bu gün mərmi uçur başının üstə
Səngərdən hücuma qalxan saniyə
Əlli yaş da gəlir yaşının üstə
O başqa "oyun"du, bu başqa oyun
Orda nə geymisən, burda gəl soyun
Yox, əlli yaş azdı, yüz yaş, beş yüz yaş
Bircə saniyədə qocalır adam
Səngərdən qalxanda, öz boyundan da
Beş yüz dəfə artıq ucalır adam
Ucalır yüksəlir buludlaracan
Ona güllə çatmır, mərmi yetişmir
Səngərdən hücuma qalxan saniyə
Uşaqlar dəyişir, Vətən dəyişmir
Balaca kişilər, cavan kişilər
Dar gündə Vətənə həyan kişilər
Hamı xırdalaşıb, hamı kiçilib."
Dedilər, "Şücaət bir şüşə şərab
Artıq dibinəcən çoxdan içilib."
Dedilər, "Zəmanə dəyişib daha
Vətənçün öldürüb ölmür oğullar
Daha sinəsini verib qabağa
Düşmənin üstünə gəlmir oğullar."
Dedilər, "Kişilər əvvəlki deyil
Oğullar Ayfonçün zülümə gedir
Oğullar üç otaq təmirli evçün
Təzə Mersedesçün ölümə gedir."
Dedilər, "Kişilik, hünər, cəsarət
Daha gözə dəymir, keçmişdə qalıb
"Vətənə canım da qurbandı" demək
Yalnız dildə qalıb, vərdişdə qalıb."
Dedilər, "Budurmu igid cavanlar?"
Dedilər, "Budurmu mərd pəhləvanlar?
Boyları bir tikə, belləri əyri
Telefon xəstəsi bu uşaq-muşaq
Düşmən gülləsinə sinə gərəcək?
Düşmən həmləsinə sipər olacaq?"
Bir dayan, de görüm bu cür sözləri
Hansı quşürəkli, qorxaqdır deyən?
"Kişilər qalmayıb daha" kəlməsin
Hansı binamusdu, alçaqdı deyən?
Kişi yetişdirən kafe, bar deyil
Kişi yetişdirən oddu, alovdu
Bu gün kişi yeri Park Bulvar deyil
Bu gün kişilərin yeri Murovdu
Burda əcəlin də çörəyi yavan
Yağlanıb-piylənən burda görünmür
Yağlanıb-piylənən şəhər içində
Tıxacda sürünür, yerdə sürünmür
Yağlanıb-piylənən hardan anlasın
Nədir Vətən üçün canını vermək?
Onunçün ən böyük qəhrəmanlıqdı
Trasda maşını yüz əlli sürmək
O, mərmi nə bilir, tank nə anlayır?
Varıdı tank kimi "Qalenvageni"
Sükan arxasında burnun dik tutub
"İgidliklə" söysün yolu keçəni
O, zəif deyilən, cılız deyilən
O, xırda uşaqlar əsgərdi bu gün
Geyinib ruhuna mərdlik libasın
Düşmənə gücünü göstərdi bu gün
Əsgər paltarını geyinəndə də
Bilmirdi güllədən köksü deşilər
Qəfil böyüdülər, tez böyüdülər
Balaca kişilər, cavan kişilər
Səngərin küncündə hücum gözləyən
Bu cılız balalar uşaq oldular
Torpaqdan güc alıb hücuma qalxıb
Sərt qaya oldular, bir dağ oldular
On səkkiz, on doqquz, iyirmi yaşda
Arzusu ürəkdə, niyyəti başda
Başları üstündə uca Allahı
Ayaqlar dəmirdi, ürəklər polad
Dikəlib səngərdən, açıb silahı
Yüyürüb qaçanda düşmən üstünə
Gözlərə heç bir şey görünmür daha
Yol gedir zəfərlə dolu sabaha
Güllələr altında, mərmi səsində
Səngərdən dikəlib qalxan saniyə
Əlləri bir dəmir məngənə oldu
Düşmən boğazından yapışsın deyə
Səngərdən dikəlib qalxan saniyə
Ölümün gözünə baxan saniyə
Balaca kişilər yoxa çıxdılar
Yeri parçalayıb əzəmətiylə
Torpaqdan elə bil divlər qalxdılar
Dünən sevgilərlə dolmuşdu gözü
Qəzəbli gözündən bu gün qan sızır
Dünən qızlar üçün "sms" yazan
Bu gün öz qanıyla "şücaət" yazır
Dünən kompüterdə avtomat atıb
Bu gün mərmi uçur başının üstə
Səngərdən hücuma qalxan saniyə
Əlli yaş da gəlir yaşının üstə
O başqa "oyun"du, bu başqa oyun
Orda nə geymisən, burda gəl soyun
Yox, əlli yaş azdı, yüz yaş, beş yüz yaş
Bircə saniyədə qocalır adam
Səngərdən qalxanda, öz boyundan da
Beş yüz dəfə artıq ucalır adam
Ucalır yüksəlir buludlaracan
Ona güllə çatmır, mərmi yetişmir
Səngərdən hücuma qalxan saniyə
Uşaqlar dəyişir, Vətən dəyişmir
Balaca kişilər, cavan kişilər
Dar gündə Vətənə həyan kişilər
Credits
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.