Üsyan

Hisslərim yalan
Məni aldadır
Gizlənib hər an
Kimə yalvarım?
Məni bitirən bir şey varsa
Gözlərin
O da yalan baxır
Sözlərin kimi
İçimdə üsyan
Elə bil fəryad ki bu
Gəlsin dalğalar üstümə
Məni aparsın bir an
İçimdə üsyan
Elə bil fəryad ki bu
Gəlsin dalğalar üstümə
Məni aparsın bir an
Keçmişim tozlu səhifədə
Mənim səndən başqa kimim vardı?
Hiss edirəm, ümidim itir hərdən
Yarımçıq xatirələr etmir yardım
Sevgim də alışır, içimdə bir qəfəs
İsidir ruhumu aldığım hər nəfəs
Beynimdə tufanlar var, bir də səslər
Sənin adını söylər, bəlkə, boş nəfəs
İçimdə üsyan
Elə bil fəryad ki bu
Gəlsin dalğalar üstümə
Məni aparsın bir an
İçimdə üsyan
Elə bil fəryad ki bu
Gəlsin dalğalar üstümə
Məni aparsın bir an



Credits
Lyrics powered by www.musixmatch.com

Link