Biz Mehriban Ailəyik / Bəri Gəl - Popurri

Mehribanlıq səadətdir
Mehribanlıq səadətdir
Səadəti yaşadağın
Ömrün şövqü məhəbbətdir
Ömrün şövqü məhəbbətdir
Məhəbbəti yaşadağın
Ömrün şövqü məhəbbətdir
Ömrün şövqü məhəbbətdir
Məhəbbəti yaşadağın

Üstümüzdən keçdi külək
Üstümüzdən keçdi külək
Şən zarafat, şirin kələk
Biz mehriban ailəyik
Biz mehriban ailəyik
Gəlin, dostlar, deyək, gülək
Biz mehriban ailəyik
Biz mehriban ailəyik
Gəlin, dostlar, deyək, gülək
A bəxtəvər qayınana
Nə durmusan, dur oyna
A bəxtəvər qayınana
Nə durmusan, dur oyna
A bəxtəvər qayınana
Nə durmusan, dur oyna
Balam, a bəxtəvər qayınana
Gözün aydın, çox oyna

Yorulmayır biləyi
Yıxıq evin dirəyi
Dövləti çox, sözü az
Dindirməsən, danışmaz

Yorulmayır biləyi
Yıxıq evin dirəyi
Dövləti çox, sözü az
Dindirməsən, danışmaz
A bəxtəvər qayınana
Nə durmusan, dur oyna
A bəxtəvər qayınana
Nə durmusan, dur oyna
A bəxtəvər qayınana
Nə durmusan, dur oyna
Balam, a bəxtəvər qayınana
Nə durmusan, sən oyna

Sənsən mənim dilbərim, bəri, gəl
Canımın cananəsi, bəri gəl
Sənsən mənim dilbərim, bəri, gəl
Canımın cananəsi, bəri gəl
İki cahan sərvərim, bəri gəl, ey
Dərdimin dərmanəsi, bəri gəl
İki cahan sərvərim, bəri gəl, ey
Dərdimin dərmanəsi

Bəri gəl, bəri gəl, bəri gəl
Canımın cananəsi, bəri gəl
Bəri gəl, bəri gəl, bəri gəl
Eşqimin dərmanəsi, bəri gəl

Gözləri gül-gülümdür, bəri gəl
Avazı bülbülümdür, bəri gəl

Gözləri gül-gülümdür, bəri gəl
Avazı bülbülümdür, bəri gəl
Saçları sünbülümdür, bəri gəl, ey
Dərdimin dərmanəsi, bəri gəl
Saçları sünbülümdür, bəri gəl, ey
Dərdimin dərmanəsi

Bəri gəl, bəri gəl, bəri gəl
Dərdimin dərmanəsi, bəri gəl
Bəri gəl, bəri gəl, bəri gəl
Eşqimin dərmanəsi, bəri gəl

Çoxdur bu dünyada obalar, ellər
Bülbüllü bağçalar, sonalı göllər
Çoxdur bu dünyada obalar, ellər
Bülbüllü bağçalar, sonalı göllər
Çox yerdə görmüşəm nazlı gözəllər
Bizim gözəllərin nazından olmaz
Yurdumun oğlundan, qızından olmaz
Bizim gözəllərin nazından olmaz
Yurdumun oğlundan, qızından olmaz

Zirvədə duman da, qar da gözəldir
Bağçada çiçək də, bar da gözəldir

Zirvədə duman da, qar da gözəldir
Bağçada çiçək də, bar da gözəldir
Məclisdə kaman da, tar da gözəldir
Aşıq Ələsgərin sazından olmaz
Telli sazın xoş avazından olmaz
Aşıq Ələsgərin sazından olmaz
Telli sazın xoş avazından olmaz

Dil aç, telli sazım, Şirvan elindən
Dil aç, telli sazım, Şirvan elindən
Gəl gedək, Qazaxa bir salam verək
Dur gedək, Qazaxa bir salam verək
Vaqiflə bir yerdə Cıdır düzündən

Vaqiflə bir yerdə Cıdır düzündən
Gözəl Qarabağa bir salam verək
Gəl gedək, Qazaxa bir salam verək
Dur gedək, Qazaxa bir salam verək
Gəl gedək, Qarabağa bir salam verək

Ötək pərdə-pərdə, verək səs-səsə
Ötək pərdə-pərdə, verək səs-səsə
Könül şad olarmı deyib-gülməsə?
Könül şad olarmı deyib-gülməsə?
Vurğunun yеrini bizə kim desə

Vurğunun yerini bizə kim desə
Əhsən, o yеrlərə bir salam verək
Gəl gedək, Qazaxa bir salam verək
Dur gedək, Qarabağa bir salam verək
Gəl gedək, Qazaxa bir salam verək

Yenə tovuz kimisən
Nə qəşəng bəzənmisən
Yenə tovuz kimisən
Nə gözəl bəzənmisən
Geyib ağ köynəyini
Örtüb ağ örpəyini

Geyinib ağ köynəyini
Örtüb ağ örpəyini
Laləsən, süsənmisən?
Nə gözəl bəzənmisən
Laləsən, süsənmisən?
Ay, nə gözəl bəzənmisən

Aşiqəm Ay üzünə
Telini yay üzünə
Aşiqəm Ay üzünə mən
Telini yay üzünə sən
Dolaşıb diyar-diyar
Ay ala gözlü nigar

Dolaşıb, ey, diyar-diyar
Ay ala gözlü nigar
Laləsən, süsənmisən?
Nə gözəl bəzənmisən
Laləsən, süsənmisən?
Ay, nə qəşəng bəzənmisən
Laləsən, süsənmisən?
Nə gözəl bəzənmisən
Laləsən, süsənmisən?
Ay, nə qəşəng bəzənmisən
Bağa girdim üzümə
Tikan batdı dizimə
Əyildim çıxartmağa
Yar sataşdı gözümə
Bağa girdim üzümə
Tikan batdı dizimə
Əyildim çıxartmağa
Yar sataşdı gözümə
Oğlan, heyranın ollam
Oğlan, ceyranın ollam

Oğlan, heyranın ollam
Getmə, qurbanın ollam
Gələrsən, qadan allam
Gedərsən, yola sallam
Gələrsən, qadan allam
Gedərsən, yola sallam

Yeri, yeri, düşən yar
Təzə eşqə düşən yar
Elçiləri göndərir
Özü eşqə düşən yar
Yeri, yeri, düşən yar
Təzə eşqə düşən yar
Elçiləri göndərir
Özü eşqə düşən yar
Oğlan, heyranın ollam
Oğlan, ceyranın ollam

Oğlan, heyranın ollam
Dur gəl, qurbanın ollam
Gələrsən, qadan allam
Gedərsən, yola sallam
Gələrsən, qadan allam
Gedərsən, yola sallam
Gələrsən, qadan allam
Gedərsən, yola sallam
Gələrsən, qadan allam
Gedərsən, yola sallam



Credits
Lyrics powered by www.musixmatch.com

Link