Sabahı Var

Hər qaranlıq gecənin bir sabahı var
Olmaz onsuz
Ağlımda vardır, yanımda belə olmasa
Qoy olmaz olsun
Mənə yaşatdıqlarını bir gün pozmasam
Götür, sevgin doysun
Hər qaranlıq gecədə güllər solmasa
Sabahı qoy məni boğsun
Yenə aparır yollar uzağa
Gedirəm, özüm də bilmirəm kimə və hara
Belə nə itirirəm? İtirən axı mən deyiləm
Sənə bunu demərəm amma
Gözünün içinə baxa-baxa qulaq asıram
Sözün düzünü denən mənə bir daha
Qırıla-qırıla ürəyim eşitmədən
Hər şeyi atıram sənlə bir yana
Dəyişdim, indi başqa biriyəm axı
Vaxt gedir, saniyələri axır
İstədim son dəfə yenə sənə baxım
Qaranlıq gecələri görmədim
Dəyişdim, indi başqa biriyəm axı
Vaxt getsə də, bəlkə, mən qalım
İstədim son dəfə yenə sənə baxım
Qaranlıq gecələri görmədim
Hər qaranlıq gecənin bir sabahı var
Olmaz onsuz
Ağlımda vardır, yanımda belə olmasa
Qoy olmaz olsun
Mənə yaşatdıqlarını bir gün pozmasam
Götür, sevgin doysun
Hər qaranlıq gecədə güllər solmasa
Sabahı qoy məni boğsun
Qəddar biri deyildim
Məni dəyişdi ətrafımda qurduğun oyunun
Olacaq, denən, nə?
İndi əbədi tənhalıq ürəyimdə qalaraq qorunur
Üzüm gülməsə də, bil, içim rahatdır
Görmürəm səni, de, bir ömür boyumu?
Bu səfər də danış düşünmədən
Dayanma qoyaraq bir üstə onunu
Dəyişdim, indi başqa biriyəm axı
Vaxt gedir, saniyələri axır
İstədim son dəfə yenə sənə baxım
Qaranlıq gecələri görmədim
Dəyişdim indi başqa biriyəm axı
Vaxt getsə də, bəlkə, mən qalım
İstədim son dəfə yenə sənə baxım
Qaranlıq gecələri görmədim
Hər qaranlıq gecənin bir sabahı var
Olmaz onsuz
Ağlımda vardır, yanımda belə olmasa
Qoy olmaz olsun
Mənə yaşatdıqlarını bir gün pozmasam
Götür, sevgin doysun
Hər qaranlıq gecədə güllər solmasa
Sabahı qoy məni boğsun



Credits
Writer(s): Fərhad Zeynalov
Lyrics powered by www.musixmatch.com

Link