Xoş Gəldin Ramazan

Necə gözəll ay gəlib
Tüm kainat sevinir
İLAHİDƏN pay gəlib
Tüm günahlar silinir
Oruclar da tutular
Dualar da edilər
Gecə gündüzə dönər
Nurlu sabah görünər
Ramazan, bərəkətdir
Elə sevgi gətirər
Bizi yerlərdən alıb
Yüksəklərə götürər
Ramazan bir neymətdir
Qəlblərə işıq verər
Canamazlar sərilib
Bol-bol dua edilər
Ramazan məhəbbətdir
Könüllərə nur saçar
Pas tutmuş pis qəlblərdə
Mərhəmətli yol açar
İlahi orucları
Qəbul eylə söylənər
İnsanlar namaz qılıb
Bağışlanmaq dilənər
Ey Ramazan, xoş gəldin
Gəlişin nə gözəldir
Bütün gözəl qəlblərdə
Sənin yerin özəldir
Qismət etdi yaradan
Səni birdə görməyə
Kəlimələr yetməz ki
Sevgimi bildirməyə
Ey mərhəmətli RƏBBİM
İşim olmaz qarğışla
Orucları qəbul et
Günahları bağışla



Credits
Writer(s): Traditional
Lyrics powered by www.musixmatch.com

Link