Bir Müddət

Getdi cavanlıq əlimdən
Dərdləri ömrün ən gözəl vaxtlarında çəkdim
Kədər toxumların qəlbimin ən münbit torpaqlarında əkdim
Qıza görə dostlarım da çəkilir, çoxalır otel otaqlarında şəklim
Artıq mənə fərq eləmir, birgə qalır onla ünvanlarında hər kim
Belə olmağın istəməzdim, istəməzdim mən, düzü, heç özüm də
Parıldamır daha baxışlarım, çoxdan batıbdır günəşim üzümdə
Keçmişə baxmıram üzrlə
Qopmur "darıxmışam" cümləsi könüldən
Həyatın çətinliyindən danışan dostlarının, de, neçəsi üzləşib ölümlə?
O bağlı qapıların heç birin açmamışam sənlə
Unutmuşam gülüşünü, necə olursan güləndə?
Qaçdım boş şeylərin uğruna, çox yoruldum mən də
Çox dirəndim, çox dözdüm sənə, heyif, alınmadı yenə də
Axtarma, bir də məhəllənizdə gözləyən deyiləm saatlarla
Əsəbi, yalqız, nifrətini tökür gecə "WhatsApp"da "stat"larına
Həyatın xeyli monoton gedirsə, qar yağdırım uca dağlarına
Sən bir gün çıxıb gedəndə bu şəhərdən
Kim dolacaq çamadanlarına?
Bir yolu seç, bax, mənə görə heç nəyin
Bir önəmi yox, tez qayıdaram, sanma
Danışarıq, amma
Deyiləcək bir sözün qalsaydı üzümə qarşı
Əhval sayrışır, nə pis, nə yaxşı
Gecələrinsə gündüzlərimə qarışıb
Bir-iki düz söz danış, amma tez süz
Məni sənə çəkirlər
Fırlanır fikirlər
Ağlımda
Amma aramızdakı fərqi sezdim
Dedin, sevərəm, eşq mənçün heçdir
Qoyduğun hörmətin bir qədəri yetdi
Necə oldusa, həyatıma gəldin, getdin

Daxilimdə çox düşündüm, açığı, bəzi qərarlar aldım
İndiyə qədər yaxşı insan idimsə
İndidən sonrası marağıma qalıbdır
Mənim üçün heç bir şey ifadə eləmir bəzi məqamlar artıq
Bir ovuc xoşbəxtliyim var idi
Onu da həsrətinin yollarında dağıtdım
Daha düzəlmə ehtimalı olmayan heç nəyə görə ümidlənmirəm
Kefimin yaxşılaşmağına səbəb ola bilməyəcəklər yaxınlaşmasın
Sənçün mən və ya başqası, mənçün tək sən idin yeganə seçimim
Heç kimə keçmərəm dеdiyim şeylərin, inan, bir çoxun sənə keçdim
Öyünürmüş kimi başa düşmə məni, birbaşa minnət qoyuram
Mən də gərgin idim, açığı, narahat edirdi yaranan hər bir çətinlik
Yavaş-yavaş еqon parıldamağa başladı, olmadı birdən soyumaq
Söhbət yaxşı insanlardan açılanda ilk özünü misal gətirdin
Həyatda tək uğuru məni tanımaq olan insandır
Danışır öz aliliyindən
Kafe, restoran, gəzib-dolan
"Insta"da filan qeyri-adi geyimlər
Məndən çox özündən razıdır, bilmirəm
Səhv, ya düzləri hansıdır
Sonunda tanış olduq və mənə göstərdi
Görə biləcəyim üzlərin hamısını
Bir yolu seç, bax, mənə görə heç nəyin
Bir önəmi yox, tez qayıdaram, sanma
Danışarıq, amma
Deyiləcək bir sözün qalsaydı üzümə qarşı
Əhval sayrışır, nə pis, nə yaxşı
Gecələrinsə gündüzlərimə qarışıb
Bir-iki düz söz danış, amma tez süz
Məni sənə çəkirlər
Fırlanır fikirlər
Ağlımda
Amma aramızdakı fərqi sezdim
Dedin, sevərəm, eşq mənçün heçdir
Qoyduğun hörmətin bir qədəri yetdi
Necə oldusa, həyatıma gəldin, getdin



Credits
Lyrics powered by www.musixmatch.com

Link