Cəfa

Keçdiyim küçələrdə döngələri sənin adın
Gəzdiyim kölgələrin pıçıltısı sənin yanın
Qəlbimdə bir məzar var, mən diri ikən canım yanır
Cəhənnəm qol açarkən cənnətdən uzaq salır
Bu sevgi mənim canım, məni məndən alıb, aparıb
Qaranlıq içindəyəm, dünya səni satın alıb
Hicran oduna yanan bu qəlbim də yarım qalıb
Nə rəva, kim məni ondan çıxara, cismi yanıb
Gecə qaranlıq
İçimi alıb
Baharım sənsən
Gövdən saralıb
Dərdimə həmdəm əsən o yellər
Evim içində tufan qoparıb

Sən ki eşq dolu bir qəlbə sahib çıxa bilmədin
Yarın səsinə hayan olub qəlbin dindirmədin
İndi nə desən, oduna köz olan bir də yana bilməz
Qəlbi qırıq kəslərin lal sevgisin rəssam çəkə bilməz
Bu sevgi mənim canım, məni məndən alıb, aparıb
Qaranlıq içindəyəm, dünya səni satın alıb
Hicran oduna yanan bu qəlbim də yarım qalıb
Nə rəva, kim məni ondan çıxara, cismi yanıb
Gecə qaranlıq
İçimi alıb
Baharım sənsən
Gövdən saralıb
Dərdimə həmdəm əsən o yellər
Evim içində tufan qoparıb



Credits
Writer(s): Ellada Eyvazova
Lyrics powered by www.musixmatch.com

Link