Qaçma

Hər kəsə düşən bir sual var
Cavabın tapmağa bəs deyil ömür
Bəs deyil ömür
Hər kəsin gizlədiyi bir dua var
Amma ümidi ölür
Ümidi ölür
Niyə kimlərsə istəsin ki
Dünyaya sahib olmaq?
Qırılıb saatın əqrəbləri
Zaman bizə aid olmur
Çıxmırıq ki çərçivələrdən
İstəyirik ayrı bir bədən
Ruhumuza sahib olmuruq
Qaçma
Nə qədər yorsa da səni həyat, qaçma
Sıxılıb hər kəsə dərdini açma
Gəlsə də divarlar üstünə
Hər tərəfdən əl çəkməyə tələsmə
Axı bu sənin öz döyüşündür, qaçma
Nə qədər yorsa da səni həyat, qaçma
Sıxılıb hər kəsə dərdini açma
Gəlsə də divarlar üstünə
Hər tərəfdən əl çəkməyə tələsmə
Axı bu sənin öz döyüşündür, qaçma

Çəkir məni dərinə bataqlıq
Ruhumu sovurur elə bil
Bağlayır əllərimi, bunun nədənini
Bilməyə haqqım var deyə düşündüm
Yenə bir şey yox
Gəmilər batar, daha gedər qatar
Sözlər bitən yerdə
Yeni həyat başlar
Niyə kimlərsə istəsin ki
Dünyaya sahib olmaq?
Qırılıb saatın əqrəbləri
Zaman bizə aid olmur
Çıxmırıq ki çərçivələrdən
İstəyirik ayrı bir bədən
Ruhumuza sahib olmuruq
Qaçma
Nə qədər yorsa da səni həyat, qaçma
Sıxılıb hər kəsə dərdini açma
Gəlsə də divarlar üstünə
Hər tərəfdən əl çəkməyə tələsmə
Axı bu sənin öz döyüşündür, qaçma
Nə qədər yorsa da səni həyat, qaçma
Sıxılıb hər kəsə dərdini açma
Gəlsə də divarlar üstünə
Hər tərəfdən əl çəkməyə tələsmə
Axı bu sənin öz döyüşündür, qaçma



Credits
Lyrics powered by www.musixmatch.com

Link