Salam Göndərirəm

Ömür gedir karvan kimi gündüzə
Enişli-yoxuşlu yollardan düzə
Laçından dəhlizindən keçib
İsa bulağından içib gəl bizə, ay aman
Tarixindən uzaqlaşmış
Adətinə həsrət qalmış hər üzə
Necə gözəl yaratmısan, İlahi
Torpağında yetişib neçə dahi
Salam göndərirəm dağlara
Zəngilana, Xankəndinə - Azərbaycana
Bayram edək bu torpaqlarda
Yallı gedək zəfər çalan mərd oğullarla

Açılsın süfrələr, gülsün könüllər
Yumruq kimi möhkəm olsun bu ellər
Varsa haqqın səadəti
Qoy yaşasın ədaləti körpələr
Qız, gəlinlər xonça tutsun
Ər igidlər yolda dursun hünərlə
Necə gözəl yaratmısan, İlahi
Torpağında yetişib neçə dahi
Salam göndərirəm dağlara
Zəngilana, Xankəndinə - Azərbaycana
Bayram edək bu torpaqlarda
Yallı gedək zəfər çalan mərd oğullarla
Salam göndərirəm dağlara
Zəngilana, Xankəndinə - Azərbaycana
Bayram edək bu torpaqlarda
Yallı gedək zəfər çalan mərd oğullarla
Salam göndərirəm dağlara
Zəngilana, Xankəndinə - Azərbaycana
Bayram edək bu torpaqlarda
Yallı gedək zəfər çalan mərd oğullarla



Credits
Lyrics powered by www.musixmatch.com

Link