Dünyaya Qəribəm

İllər çox yorur bədənimi
İnsan çökür tək
Etdiklərimizin bədəlini
İnsaf çəkir tək

Günlər dayanmadan borc alır
Hər dəm ömürdən
Yaşamaq özü də fərqsiz qalır
Hərdən ölümdən

Bu dünya bəzən qəribə
Səni endirər ən dibə
Hər dərdə dözən həyatlar
Dözməz incə bir kəndirə

Bu dünya hərdən qəribə
Bu dünyaya mən qəribəm
Sevgini qanad sandırar
Amma endirər ən dibə

Ən dəyərli dərsləri öyrədir
İnsanın səhvləri
Günah kitablarıyla dolur
Həyatın rəfləri

Günlər dayanmadan borc alır
Hər dəm ömürdən
Yaşamaq özü də fərqsiz qalır
Hərdən ölümdən

Bu dünya bəzən qəribə
Səni endirər ən dibə
Hər dərdə dözən həyatlar
Dözməz incə bir kəndirə

Bu dünya hərdən qəribə
Bu dünyaya mən qəribəm
Sevgini qanad sandırar
Amma endirər ən dibə



Credits
Lyrics powered by www.musixmatch.com

Link