Monoxrom

Özümdən qoparıb özlüyümü yeni bir mən yaratdım
Hər addım təkliyə yönəlir, tərk edişlər hər addım
Sükutum sualımdan çox, həyatımı nələr qaraltdı
Ən düzünü baxışlar danışır, qalanı əhvalatdır
Gecikdim, ötürdüm xoşbəxtliyin tələsən qatarı
Aldı birisi gecələrimi, itirdi səhərlər marağını
Damdı tavanlar ağlımdan, oldu qəlb bataqlıq
Nə özüm kimi axmaq, nə də onun kimi tanıdım
Çox tanış yaxınıma döndü, gərək, elə tanış qalardıq
İkiüzlü insanlar gör və buna alış davamlı
Küsüb getdiyim dövrlərin yerini barışmaq aldı
Dərddən başqa səbəb yox aldığım alqışla bağlı
Köz basa bilən yoxdur qəlbimə, qəlb daşdan artıq
Üzümdə soyuq ifadə, başqa cür idim başqa vaxtı
Xəlvət ağladım, qaynar yanaqlara buz yaşlar axdı
Nə qədər böyük düşündüm, böyümədim olduğum yaşdan artıq
Dedi, get, gedişinə gözüm alışıb
Heç nə yolunda deyil içi mən qarışıq
Qaranlıq səma, yox o oyadan işıq
Nə qədər olar arzuları suya danışım?
Dedi, get, gedişinə gözüm alışıb
Heç nə yolunda deyil içi mən qarışıq
Qaranlıq səma, yox o oyadan işıq
Nə qədər olar arzuları suya danışım?
Azaldım azaldıqca, tükəndim tükəndikcə
Elə bil, torpaq da daşa dönürdü mən hər gül əkdikcə
İçində olduğum vəziyyət ağır, məqamlar qarışıq
Həyatıma daha da pox qoyurdum nəyisə düzəltdikcə
Yazdıqca yazdım, kədərim artdı, track çoxaldı
Üslub eyni, məna azalır, həmin o cümlələr yox artıq
Qalmadıq uşaqlıqda, yox həyəcan, həvəs qurtardı
Hər hekayə istəyən həyatımdan qoşa vərəq qopardı
Fikirli, gərgin halım yenə dağlar çəkir sinəmə
Hisslərim nədənsə ayırd edə bilmədi qarayla ağı
Zaman ötdükcə isə daha da gülünc gəlirdi mənə
Başqalarına sevgidən danışıb, özümün bacarmamağı
Necə boğulmayım axı, bu ev belə mənə zindandırsa?
Ağlıma hər gəlib gedən köksümə bir iz saldı, say
Kiminə bir insan yaxın, kiminə bir insan uzaq
Səni gözlərəm, əgər ki bura gələcəyin ilk ünvandırsa
(Danış!) Çəkinmə, doğma bildiyin otaq o otaqdırsa
Rahatla, fikirləş, indi kimsən, nəsən, ya hansısan?
Sanma, intizar asan, bir təbəssümünü yadına sal
Gəl, yenə gülümsə mənə, mən də gülərəm, halım o haldırsa
Yuxuma şər qarışdı, bəs eləmədimi ahu-zarım? Utan!
Beynim oyan deyir elə, bu qədər yatdın, 6 saat, qurtar
Səhər-axşamlarım eyni artıq, yalnızam, uzaq
Onsuz hər gecə şam yandırıram, gəlib arzu zad tuta
Dedi, get, gedişinə gözüm alışıb
Heç nə yolunda deyil içi mən qarışıq
Qaranlıq səma, yox o oyadan işıq
Nə qədər olar arzuları suya danışım?
Dedi, get, gedişinə gözüm alışıb
Heç nə yolunda deyil içi mən qarışıq
Qaranlıq səma, yox o oyadan işıq
Nə qədər olar arzuları suya danışım?



Credits
Lyrics powered by www.musixmatch.com

Link