Popurri: Qəmərim, Məhəbbətin Qüdrəti

Həsrətini yollarına sərim mən
Boylanaram yollarına qərib mən
Həsrətini yollarına sərim mən
Boylanaram yollarına qərib mən
Boylanaram yollara
Yol uzun, ömür qısa

Səni axtarıb, gəzib
Tapmayıb, batar yasa
Duman, dağlar gözlərim
Ağlar, ağlar gözlərim
Qəmərim, can Qəmərim
Sənə qurban, Qəmərim
Duman, dağlar gözlərim
Ağlar, ağlar gözlərim
Qəmərim, can Qəmərim
Sənə qurban, Qəmərim

Nazlı bahar qucağında səhərlər
Nazlı bahar qucağında səhərlər
Sərin-sərin əsən yellər gözəldir
Sərin-sərin əsən yellər gözəldir
Şiş dağlardan qoşa-qoşa süzülən

Şiş dağlardan qoşa-qoşa süzülən
Şəlalələr, buz bulaqlar gözəldir
Şəlalələr, buz bulaqlar gözəldir
Gözəldir, qəşəngdir
Gözəldir, qəşəngdir
Şəlalələr, buz bulaqlar gözəldir
Şəlalələr, buz bulaqlar gözəldir
Şəlalələr, buz bulaqlar gözəldir
Şəlalələr, buz bulaqlar gözəldir

Araxçının məndədir, Ceyran
Sərmişəm, çəməndədir, Ceyran
Araxçının məndədir, Ceyran
Sərmişəm, çəməndədir, Ceyran
Aləm gözələ dönsə, Ceyran
Mənim gözüm səndədir, Ceyran
Aləm gözələ dönsə, a Ceyran
Mənim gözüm səndədir, Ceyran

Yeddi mahal, yeddi oba gəzmisən
Yeddi mahal, yeddi oba gəzmisən
Özün sevib, özün də bəyənmisən
Özün sevib, özün də bəyənmisən
Bu ceyranı evimizə gətirmisən
Ay, bu ceyranı evimizə gətirmisən
Qardaş, bu ceyranı haradan almısan?
Aldadıb, aldadıb tora salmısan
Qardaş, bu ceyranı haradan almısan?
Aldadıb, aldadıb tora salmısan

Kür qırağı sərindir
Ay gedən gözəl, hil olum boynuna
Girmə içi dərindir
Ay gedən gözəl, hil olum boynuna
Məni bu dərdə salan
Ay gedən gözəl, hil olum boynuna
Sənin qara gözündür
Ay gedən gözəl, hil olum boynuna
Ay gedən gözəl, hil olum boynuna
Elçini göndər, gələrəm toyuna
Ay gedən gözəl, hil olum boynuna
Elçini göndər, gələrəm toyuna

Yenə gəldi yaz ayları
Bülbül gülə naz eyləyir
Yenə gəldi yaz ayları
Bülbül gülə naz eyləyir
Sevirəm sözün deməyə
Sevirəm sözün deməyə
Dodaq dilə naz eyləyir
Dil dodağa naz eyləyir
Dodaq dilə naz eyləyir
Dil dodağa naz eyləyir
Naz eyləyir, naz eyləyir
Naz еyləyir, naz eyləyir
Dodaq dilə naz eyləyir
Dil dodağa naz eyləyir

Eşqin məhəbbəti düşüb canıma
Ana, göz yaşını sil, qadan alım

Eşqin məhəbbəti düşüb canıma
Ana, göz yaşını sil, qadan alım
Yaşım iyirmini adlayıb kеçib

Yaşım iyirmini adlayıb keçib
Gözləyə bilmirəm, bil, qadan alım
Özün dərdlərimi, bil, qadan alım
Bu, nə sirdir, düşdüm, ana
Eşq oduna bişdim, ana
Ay, bu, nə sirdir, düşdüm, ana
Eşq oduna bişdim, ana
Məhəbbətin qüdrətini
Məhəbbətin qüdrətini
Mən belə bilməmişdim, ana
Mən belə bilməmişdim, ana
Düşdüm, ana, eşq oduna
Məhəbbətin qüdrətini
Mən belə bilməmişdim, ana
Mən belə bilməmişdim, ana

Məni bir qələm qaşlının
Məni bir qələm qaşlının
Nazı yandırdı, yandırdı
Nazı yandırdı, yandırdı
Nazı yandırdı, yandırdı
Sazı yandırdı, yandırdı

Çiyni xurmalı saçlının
Çiyni xurmalı saçlının
Sözü yandırdı, yandırdı
Özü yandırdı, yandırdı
Sözü yandırdı, yandırdı
Özü yandırdı, yandırdı

Ağ əllərə həna yaxdı
Zülfünü boynuma taxdı
Naz eləyib mənə baxdı
Naz eləyib mənə baxdı
Gözü yandırdı, yandırdı
Özü yandırdı, yandırdı
Gözü yandırdı, yandırdı
Özü yandırdı, yandırdı
Nazı yandırdı, yandırdı
Nazı yandırdı, yandırdı
Nazı yandırdı, yandırdı
Sazı yandırdı, yandırdı



Credits
Writer(s): Elekber Tagıyev, əhliman Rəhimov, Mirzə Bilal Mikayılov, Rza Məmmədov, şifahi Xalq ədəbiyyatı, Tağı Salahoğlu, Xalq Mahnısı, Xanış Zahidov
Lyrics powered by www.musixmatch.com

Link