Nə Olar

Sən, ey ürəyimin dostu, sirdaşı
Nə üçün küsürsən hər qədəm başı?
Sən, ey ürəyimin dostu, sirdaşı
Nə üçün küsürsən hər qədəm başı?
Süzülür gözlərin, çatılır qaşın
Süzülür gözlərin, çatılır qaşın
Mənim öz gülümsən, şeyda bülbülümsən
Mənim öz gülümsən, şeyda bülbülümsən
Gülümsən, gülümsən, şeyda bülbülümsən
Gülümsən, gülümsən, şeyda bülbülümsən
Bütün bu aləm heyrandır sənə
Hər görən söyləyir, ceyrandır, sənə
Bütün bu aləm heyrandır sənə
Hər görən söyləyir, ceyrandır, sənə
Qorxuram, göz dəyər, amandır, sənə
Qorxuram, göz dəyər, amandır, sənə
Mənim öz gülümsən, şeyda bülbülümsən
Mənim öz gülümsən, şeyda bülbülümsən
Gülümsən, gülümsən, şeyda bülbülümsən
Gülümsən, gülümsən, şeyda bülbülümsən
Azərbaycanımın çoxdur gözəli
Ey maral baxışlı, sözü məzəli
Azərbaycanımın çoxdur gözəli
Ey maral baxışlı, sözü məzəli
Sən mənim yarımsan, ilkim, əzəlim
Sən mənim yarımsan, ilkim, əzəlim
Mənim öz gülümsən, şeyda bülbülümsən
Mənim öz gülümsən, şeyda bülbülümsən
Gülümsən, gülümsən, şeyda bülbülümsən
Gülümsən, gülümsən, şeyda bülbülümsən
Gülümsən, gülümsən, şeyda bülbülümsən
Gülümsən, gülümsən, şeyda bülbülümsən



Credits
Lyrics powered by www.musixmatch.com

Link