Darıxmaq Hissi

Çox bəla çəkdi başım
Bir də bu eşqə düşmərəm
Könlümə düşdün deyə
İndi özümlə düşmənəm

Aşiqi-məstanəyəm
Sevda şərabın içmişəm
Sən gedəndən əynimə
Təklik libasın biçmişəm

Darıxmaq hissi gəldi
Sözün şirin yerində
Özümlə qarşılaşdım
Şeirlərin birində
Düşünmədən gələrdim
"Darıxmışam" desəydin
Günün, ayın olardım
Əgər sən istəsəydin
Yumşalan qəlbim sənə
Qarşı daş olmur, bərkimir
Hisslərim pərvaz edir
Məsum göyərçinlər kimi
Bəzən hər şey boş gəlir
Bəzən darıxmaq xoş gəlir
Dinclik axtarmaqdayam
Yorğun gözümdən yaş gəlir
Darıxmaq hissi gəldi
Sözün şirin yerində
Özümlə qarşılaşdım
Şeirlərin birində
Düşünmədən gələrdim
"Darıxmışam" desəydin
Günün, ayın olardım
Əgər sən istəsəydin

Ağlım hərdən "qaç" deyir
Qəlbim "bir az da sev" deyir
Tək özün yox, hiss edər
İnsan bir az da sevdiyin

Bir zaman hər gün yaşardıq
Möhtəşəm eşq axşamı
İndi yoxsan, ruhumu
Əvvəlkitək eşq oxşamır

Darıxmaq hissi gəldi
Sözün şirin yerində
Özümlə qarşılaşdım
Şeirlərin birində
Düşünmədən gələrdim
"Darıxmışam" desəydin
Günün, ayın olardım
Əgər sən istəsəydin



Credits
Lyrics powered by www.musixmatch.com

Link