Gözləyəcəm (Gedirsən Get) - Ilk Versiya

Gedirsən, get, get, əzizim
Sənin yollarına min uğur
Son qərarın getmək oldu
Sənə necə deyim, getmə, dur?
Gedirsən sən məni qoyub
Yalqız qoyub bir bənövşətək
Gedirsən, get, həsrətindən
Bil ki, saçıma dən düşəcək
İndi hicran zamanı
Nə söyləyim sənə mən?

Gözlərim yollarına
Dikiləcək bu gündən
Səni gözləyəcəyəm
Gəlsən də, gəlməsən də
Əgər sən xoşbəxt olsan
Bil ki, xoşbəxtəm mən də
Əgər sən xoşbəxt olsan
Bil ki, xoşbəxtəm mən də

Gedirsən, get, gedişindən
Alır məni kədər, qüssə, qəm
Bilmirəm heç, ayrılığa
Sənsiz necə mən dözəcəyəm?
Başımı mən söykəyərək
Sənin surətinin köksünə
Dərdimi mən söyləyəcəm
Sənin xəyalının əksinə
İndi hicran zamanı
Nə söyləyim sənə mən?

Gözlərim yollarına
Dikiləcək bu gündən
Səni gözləyəcəyəm
Gəlsən də, gəlməsən də
Əgər sən xoşbəxt olsan
Bil ki, xoşbəxtəm mən də
Əgər sən xoşbəxt olsan
Bil ki, xoşbəxtəm mən də
A-a-a... a-a-a
A-a-a... a-a-a
Hm... hm... hm... hm



Credits
Lyrics powered by www.musixmatch.com

Link