Xoşbəxtliklə, Gülüm

Niyə süzgün baxdın mənə?
Yerimdəcə dondum, gülüm
Niyə süzgün baxdın mənə?
Yerimdəcə dondum, gülüm
Dönüb getdin saymazyana
Mən alışıb yandım, gülüm
Dönüb getdin saymazyana
Mən alışıb yandım, gülüm

Sözümüzü kim danışdı?
Gül dərmişdim, gül alışdı
Bütün küsənlər barışdı
Mənsə tənha qaldım, gülüm
Bütün küsənlər barışdı
Mənsə tənha qaldım, gülüm

Qoy sevinsin ellərimiz
Gül gətirsin qollarımız
Qoy sevinsin ellərimiz
Gül gətirsin qollarımız
Gəl, qovuşsun yollarımız
Hər addım gül açsın, gülüm
Gəl, qovuşsun yollarımız
Hər addım gül açsın, gülüm

Sözümüzü kim danışdı?
Gül dərmişdim, gül alışdı
Bütün küsənlər barışdı
Mənsə tənha qaldım, gülüm
Bütün küsənlər barışdı
Mənsə tənha qaldım, gülüm
A-a-a-a-a
A-a-a-a-a
A-a-a-a-a
A-a-a-a-a



Credits
Lyrics powered by www.musixmatch.com

Link