Ana

Bəs mənim laylam, ana?
Öz laylan var sənin də
A qadan alım, yadımdan çıxıb
Bir azca dayan, yadıma salım
İşıq gəldi elə bil ananın gözlərinə
Bir az da yuxu qatdı yuxulu sözlərinə
Deməsə də laylasının yaşını
Qucaqladı balasının başını
Laylay dedim balama
İl keçə, ay dolana
Balam gedə yuxuya
Başına Ay dolana
Yat, ulduz balam
Qorxusuz balam
Yat, qoçaq balam
Yat, oyaq balam
Yat, göyçək balam
Mənim tək balam
Yat, ulduz balam
Qorxusuz balam
Yat, qoçaq balam
Yat, oyaq balam
Yat, körpə quzum
Şəkərim, duzum, yat
Ceyran körpə ahuya
Laylasını oxuya
Canavarın balası
Çoxdan gedib yuxuya
Sayıram gecələri
Təkləri, bircələri
Sən də yat, çoxdan yatıb
Turacın cücələri
Yoruldunmu?
Yox, yox, ana
Qurban olum laylana
Yenə söylə
Çaylar dolu su gəlsin
Elin arzusu gəlsin
Laylay dedim balama
Yatsın, yuxusu gəlsin
Yat, ulduz balam
Qorxusuz balam
Yat, qoçaq balam
Yat, oyaq balam
Yat, göyçək balam
Mənim tək balam
Yat, ulduz balam
Qorxusuz balam
Yat, qoçaq balam
Yat, oyaq balam
Yat, körpə quzum
Şəkərim, duzum, yat



Credits
Lyrics powered by www.musixmatch.com

Link