Təkliyim

Təkliyimlə sınağa çəkirsən məni hərdən
Sözlərlə dolu qəlbimə, ol dərdimə həmdəm
Hər görən deyir, yazıq adam, gəmiləri batmış
Amma nə biləydilər ki, batmış gəmi qəmdən
Gözdən asıram pərdələri hər səfərində
Bizdən yazıram səhifələri hər nəfəsimdə
Səndən danışıb həm yazaram hər əsərimdə
Səs salsan əgər bu tənha səssiz şəhərimdə
Təkliyimlə sınağa çəkirsən məni hərdən
Sözlərlə dolu qəlbimə, ol dərdimə həmdəm
Hər görən deyir, yazıq adam, gəmiləri batmış
Amma nə biləydilər ki, batmış gəmi qəmdən

Gəl, oturub gözləyirəm yolunu səhərdən
Arabir çıxacaq maneələr yolumuza hərdən
Gəl, qucaq dolusu sevgi gətir ötən fəsildən
Qapını döyüb pəncərədən sən mənə səslən
Təkliyimlə sınağa çəkirsən məni hərdən
Sözlərlə dolu qəlbimə, ol dərdimə həmdəm
Hər görən deyir, yazıq adam, gəmiləri batmış
Amma nə biləydilər ki, batmış gəmi qəmdən
Təkliyimlə sınağa çəkirsən məni hərdən
Sözlərlə dolu qəlbimə, ol dərdimə həmdəm
Hər görən deyir, yazıq adam, gəmiləri batmış
Amma nə biləydilər ki, batmış gəmi qəmdən



Credits
Lyrics powered by www.musixmatch.com

Link