De Niyə

Yanımda olmasan da
Yuxuma gir hərdən
De, necədir mənsiz keçmək
Həmin küçələrdən?
Yadına sal arada
Qoymasın yerimə
Başqa biri anlamaz
O şəhərin qəmindən
Danış, ya da sus, amma soyuq olma belə
Ayırır bizi məsafələr, de niyə?
Zaman var, tələsmə, qal, gedərsən yenə
Küsüb getmə, arada gəl, yad elə
Həsrətini gözlərimdən al, apar
Sənsiz necə sağalar bu yaralar?
Yatağımda səndən qalan yuxular
Səndən qalan yuxular
Həsrətini gözlərimdən al, apar
Sənsiz necə sağalar bu yaralar?
Yatağımda səndən qalan yuxular
Səndən qalan yuxular

Sabaha qədər gedərəm
İtirərəm yolları mən
Sayaram günləri
Səni dünən edən səhvləri
Sabaha qədər gedərəm
İtirərəm yolları mən
Sayaram günləri
Məni dünən edən səhvləri
Danış, ya da sus, amma soyuq olma belə
Ayırır bizi məsafələr, de niyə?
Zaman var, tələsmə, qal, gedərsən yenə
Küsüb getmə, arada gəl, yad elə
Həsrətini gözlərimdən al, apar
Sənsiz necə sağalar bu yaralar?
Yatağımda səndən qalan yuxular
Səndən qalan yuxular
Həsrətini gözlərimdən al, apar
Sənsiz necə sağalar bu yaralar?
Yatağımda səndən qalan yuxular
Səndən qalan yuxular



Credits
Lyrics powered by www.musixmatch.com

Link