Hərşeyim

Anlada bilmirəm sənə
Bu sevgi bəlkə də sonum mənim
Adınla çırpınır ürək
Sənə qaçır bütün fikirlərim
Burulğanın içindəyəm
Beyni duman olmuş ümidlərim
Səninçün hansı yerdəyəm?
Dünyanın mərkəzi mənə sənin yerin
Al günəşləri, al səhərləri
Al götür nə var, yetər ki sən yanımda qal
Al dənizləri, bütün fəsilləri
Sənsiz şaxtalar kəsir, sənin yanın bahar
Sən hər şeyim

Sən hər şeyim

Ən sevdiyin al çiçəyin olum
Torpağında bitim, su ver mənə
Nəfəs kəsən toxunuşlarla
Məni xoşbəxt elə, açım yenə
Al günəşləri, al səhərləri
Al götür nə var, yetər ki sən yanımda qal
Al dənizləri, bütün fəsilləri
Sənsiz şaxtalar kəsir, sənin yanın bahar
Sən hər şeyim

Sən hər şeyim

Al günəşləri, al səhərləri
Al götür nə var, yetər ki sən yanımda qal
Al dənizləri, bütün fəsilləri
Sənsiz şaxtalar kəsir, sənin yanın bahar
Sən hər şeyim



Credits
Writer(s): Murad Arif
Lyrics powered by www.musixmatch.com

Link