Maralım, Gəl

Gəlirdim süzə-süzə
Qızılgül üzə-üzə
Gəlirdim süzə-süzə
Qızılgül üzə-üzə
Yar mənə qaş-göz eylər
Telini büzə-büzə
Yar mənə qaş-göz eylər
Telini büzə-büzə
Gəl, gəl, ceyranım
Maralım, gəl
Of, gəl, gəl, ceyranım
Maralım, gəl

Quş uçar çəmən üstə
Bülbül yasəmən üstə
Quş uçar çəmən üstə
Bülbül yasəmən üstə
Xəbər alsam, yar gəlir
Yeri var sinəm üstə
Xəbər alsam, yar gəlir
Yeri var sinəm üstə
Gəl, gəl, ceyranım
Maralım, gəl
Of, gəl, gəl, ceyranım
Maralım, gəl

Alma atdım, nar gəldi
Köynək aldım, dar gəldi
Alma atdım, nar gəldi
Köynək aldım, dar gəldi
O yandan kölgə düşdü
Elə bildim, yar gəldi
O yandan kölgə düşdü
Elə bildim, yar gəldi
Gəl, gəl, ceyranım
Maralım, gəl
Of, gəl, gəl, ceyranım
Maralım, gəl

Bağçamızda çiçəyəm
Əl vurma, kövrəcəyəm
Bağçamızda çiçəyəm
Əl vurma, kövrəcəyəm
Hamıya çirkin olsam
Öz yarıma göyçəyəm
Hamıya çirkin olsam
Öz yarıma göyçəyəm
Gəl, gəl, ceyranım
Maralım, gəl
Of, gəl, gəl, ceyranım
Maralım, gəl
Gəl, gəl, ceyranım
Maralım, gəl
Gəl, gəl, ceyranım
Maralım, gəl



Credits
Writer(s): Seid Rüstemov, Xalq Mahnısı
Lyrics powered by www.musixmatch.com

Link