Mən Həmişə Səninləyəm
Könül ki var, gah açılır, gah tutulur
Kim deyir ki, sevgi sönür, unudulur
Könül ki var, gah açılır, gah tutulur
Kim deyir ki, sevgi sönür, unudulur
"Unut" demə, sevən dil yox, ürəyimdir
Dilə nə var? Dildə hər şey asan olur
"Unut" demə, sevən dil yox, ürəyimdir
Dilə nə var? Dildə hər şey asan olur
Ovçun olub mən kəsərəm məqbərəni
Mən gəzərəm o dərəni, bu dərəni
Ovçun olub mən gəzərəm məqbərəni
Mən gəzərəm o dərəni, bu dərəni
Qaçıb girsən otağına, külək olub
Səhər-axşam mən döyərəm pəncərəni
Qaçıb girsən otağına, külək olub
Səhər-axşam mən döyərəm pəncərəni
İstərəm ki, simə dönüb mən inləyəm
Öz könlümü nəğmələrlə sənə deyəm
Güman etmə, məndən qaçmaq asan olar
Onu bil ki, mən həmişə səninləyəm
Güman etmə, məndən qaçmaq asan olar
Onu bil ki, mən həmişə səninləyəm
Dağa qalxsan, buludlara dönərəm mən
Yerə ensən, yağış olub enərəm mən
Dağa qalxsan, buludlara dönərəm mən
Yerə ensən, yağış olub enərəm mən
Nəğmə olub bir dodaqda çiçək açsan
Kaman olub səsin üstə dinərəm mən
Nəğmə olub bir dodaqda çiçək açsan
Kaman olub səsin üstə dinərəm mən
İstərəm ki, simə dönüb mən inləyəm
Öz könlümü nəğmələrlə sənə deyəm
Güman etmə, məndən qaçmaq asan olar
Onu bil ki, mən həmişə səninləyəm
Güman etmə, məndən qaçmaq asan olar
Onu bil ki, mən həmişə səninləyəm
Kim deyir ki, sevgi sönür, unudulur
Könül ki var, gah açılır, gah tutulur
Kim deyir ki, sevgi sönür, unudulur
"Unut" demə, sevən dil yox, ürəyimdir
Dilə nə var? Dildə hər şey asan olur
"Unut" demə, sevən dil yox, ürəyimdir
Dilə nə var? Dildə hər şey asan olur
Ovçun olub mən kəsərəm məqbərəni
Mən gəzərəm o dərəni, bu dərəni
Ovçun olub mən gəzərəm məqbərəni
Mən gəzərəm o dərəni, bu dərəni
Qaçıb girsən otağına, külək olub
Səhər-axşam mən döyərəm pəncərəni
Qaçıb girsən otağına, külək olub
Səhər-axşam mən döyərəm pəncərəni
İstərəm ki, simə dönüb mən inləyəm
Öz könlümü nəğmələrlə sənə deyəm
Güman etmə, məndən qaçmaq asan olar
Onu bil ki, mən həmişə səninləyəm
Güman etmə, məndən qaçmaq asan olar
Onu bil ki, mən həmişə səninləyəm
Dağa qalxsan, buludlara dönərəm mən
Yerə ensən, yağış olub enərəm mən
Dağa qalxsan, buludlara dönərəm mən
Yerə ensən, yağış olub enərəm mən
Nəğmə olub bir dodaqda çiçək açsan
Kaman olub səsin üstə dinərəm mən
Nəğmə olub bir dodaqda çiçək açsan
Kaman olub səsin üstə dinərəm mən
İstərəm ki, simə dönüb mən inləyəm
Öz könlümü nəğmələrlə sənə deyəm
Güman etmə, məndən qaçmaq asan olar
Onu bil ki, mən həmişə səninləyəm
Güman etmə, məndən qaçmaq asan olar
Onu bil ki, mən həmişə səninləyəm
Credits
Writer(s): Bəxtiyar Vahabzadə, Ibrahim Topçubaşov
Lyrics powered by www.musixmatch.com
Link
© 2025 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.