Nə Bəxtiyardıq

Gül bağçalar arasında qoşa gəzdik
Axşamadək yorulmazdıq, inciməzdik
Bulud ötər, ulduz axar, biz baxardıq
Nə bəxtiyardıq
Ay dolandı, il dolandı, ötdü zaman
Son baharda aramızı kəsdi duman
O günləri xatırlaram, xatırlaram
Nə bəxtiyardıq
Ey alovlu günlərim
Qəlbimdə yurd salan
Sevincim, kədərim
Ah, nələri, nələri tapdım, itirdim
Eh, nələri, nələri tapdım, itirdim

Hərdən-hərdən o günlərim düşür yada
Şana tellər zaman-zaman ağarsa da
İllər ötür, o günləri xatırlaram
Nə bəxtiyardıq
Ey alovlu günlərim
Qəlbimdə yurd salan
Sevincim, kədərim
Ah, nələri, nələri tapdım, itirdim
Nələri, nələri tapdım, itirdim

Ey alovlu günlərim
Qəlbimdə yurd salan
Sevincim, kədərim
Ah, nələri, nələri tapdım, itirdim
Ah, nələri, nələri tapdım, itirdim
Tapdım, itirdim
Tapdım, itirdim



Credits
Writer(s): Ibrahim Topçubaşov, Mövlud Süleymanlı
Lyrics powered by www.musixmatch.com

Link