Təkcə Səni Sevirəm (feat. Telman Adıgözəlov)

Görüm, səni yanasan
Yığdın məni cana sən
Heç səndən baş açmadım
O gün gəldim sizə mən
Qapını döydüm
Açmadım
Qapını döydüm
Bax belə açmadım
Niyə bəs?
Ona görə ki
Fikrin, bilim, haradadır
Gözün orada-buradadır
Kimi gördün, axırsan
Arxasınca qaçırsan
Gələnin üzünə, gedənin dizinə baxırsan
Birinə söz atırsan, kiminə göz vurursan
Birinin üzünə gülürsən, birinin dərdindən ölürsən
Birinə də gül göndərirsən
Kül mənim başıma
Harada olursan, bilmirəm
Evə gec gəlirsən
O gün küçədə gördüm
Kim idi, bax kim idi, kim idi, kim idi?
Niyə susub baxırsan
Aç dilindən kilidi, tutduğun işdən utan
Don Juansan, Don Juan
Ay qız, sən nə deyirsən?
Vallah, illah dəlisən
Yığdın məni cana sən
Necə də gülməlisən
Bir yolluq bilməlisən
Biri bizim qonşumuzdur
Biri də iş yoldaşı, hə?
Dostum çox ola bilər
Təkcə səni, sevirəm səni, canım
Eh, bilirəm

Sənə zəng etmək olmur
Məşğuldur telefonun
Ə, vallah, boynuna qoymaq olmur
Buna sözün nədir bəs?
Heç özündən demirsən
Daşsan, yoxsa dəmirsən?
Heç ürəyin yoxdurmu?
Söz verirsən, gəlmirsən
Səbəbini demirsən
Ha, indi deyim?
De görüm
Deyirəm a
Ona görə ki
"Юбка"n dizdən yuxarı
Saçın saçımdan qısa
Dodaqların boyalı
Danışığın ədalı
Dırnaqların caynaqdır
Hələ xasiyyətin oynaqdır
Harada gəldi, gülürsən
Nə dost-tanış bilirsən
Nə qohum tanıyırsan
Günah özündə olur
Hamını qınayırsan
Bir düşün ki, yanıram, az
Səni daşa-divara
Hamıya qısqanıram
Heç insafın yoxdurmu?
Of, qara etdin bəxtimi
Gəl öyrənək, ay maral
Qurtarsın bu qalmaqal
Deyirəm də, bir yerdə olaq
Ha bu iş də qurtarsın

Təkcə səni, sevirəm səni, canım
Bilirəm
Başına dönüm, bilirəm
Qurbanın olum, bilirəm



Credits
Writer(s): şəfiqə Axundova
Lyrics powered by www.musixmatch.com

Link