Xaric Segah

Könlüm yenə
Könlüm yenə canından əlindən giley eylər
Bülbül nə cəfa çəksə, şikayət gülə eylər
Fəxr eylər idim
Fəxr eylər idim vəslinə, hicranına yandım
Tale, nə bilim ki, məni axır belə eylər?!
A balam, a balam, a leylim, ay
Zalım fələyin gərdişi atəşlərə yansın, ay yar, ay yar
Zalım fələyin gərdişi atəşlərə yansın
Əvvəlcə nə cövr eyləsə, əhli-dilə-eylər, ey

Ey, ey, ey, ey
Könlüm yenə canından əlindən giley eylər
Bülbül nə cəfa çəksə, şikayət gülə eylər
Fəxr eylər idim vəslinə, hicranına yandım
Tale, nə bilim ki, məni axır belə eylər?

Divanəsiyəm bir üzü göyçək, qara xalın
Divanəsiyəm bir üzü göyçək, qara xalın
Zülfünü... Ey, ey
Zülfünü boynuma zəncir kimi silsilə eylər
Vahid... Vahid, yenə mən hüsnünə heyranam o mahın
Rəhm eylə, desəm
Rəhm eylə, desəm zülm eyləmə, o, hələ eylər
Ay aman, aman, aman ay, dadi-bidad... Ay aman, ay

Ay-ay-ay yar... Yar... Yar... Yar... Yar
Nə qədər dövr edəcək Kəbəni pərvanə könül?
Nə qədər daş vuracaq sinəmə divanə könül?
Dərbədər, ay... Yar... Ey
Dərbədər oldu qalıb yollar arasında daha
Kəbədən oldu yenə azimi-bütxanə könül
Könül... Könül



Credits
Lyrics powered by www.musixmatch.com

Link