Bir Arzu Tut

Bu gəcə yum gözlərini; xəyalına gəlim, gedim
Darıxıram; heç olmasa, bir üzünü görüm, gedim

Neçə vaxtdır görüşmürük, ayrı düşüb yollarımız
Bəlkə biz başa düşmürük, görüşür xəyallarımız

Nəyi ki, deyə bilməsək, ruhumuz danışar bizim
Bir-birin' görə bilməsək, yuxumuz qarışar bizim
Bir arzu tut

Bu gecə yum gözlərini; xəyalına gəlim, gedim
Darıxıram; heç olmasa, bir üzünü görüm, gedim
Alacağın bu candırsa, onu sənə verim, gedim
Sən rahat öz ömrünü sür, mən də rahat ölüm, gedim

Bir gün əgər mən olmasam, telinə kim sığal çəkər?
Qorxuram, ayrılanlara hamı bizi misal çəkər

Geri dönmədin, qovuşaq; biraz insafa gəlmədin
Axı demişdin, bir olaq; sözünü tuta bilmədin
Bir arzu tut

Bu gecə yum gözlərini; xəyalına gəlim, gedim
Darıxıram; heç olmasa, bir üzünü görüm, gedim
Alacağın bu candırsa, onu sənə verim, gedim
Sən rahat öz ömrünü sür, mən də rahat ölüm, gedim

Bu gecə yum gözlərini; xəyalına gəlim, gedim
Darıxıram; heç olmasa, bir üzünü görüm, gedim
Alacağın bu candırsa, onu sənə verim, gedim
Sən rahat öz ömrünü sür, mən də rahat ölüm, gedim
Bu gecə yum gözlərini; xəyalına gəlim, gedim
Darıxıram; heç olmasa, bir üzünü görüm, gedim
Alacağın bu candırsa, onu sənə verim, gedim
Sən rahat öz ömrünü sür, mən də rahat ölüm, gedim

Credits
Writer(s): Namiq Qaracuxurlu, Xəyyam Quliyev
Lyrics powered by www.musixmatch.com

Link