Bürclər 2

Bəlkə də, mən tərəzi bürcüyəm
Çəkirəm dərdimi, ağır gəlir
Bəlkə də, mən oxatan bürcü
Nizələrim mənə ağrı verir
Uzaqdayam, çağır, gəlim
Zamanım bax axır, gedir
Gələn-gedən baxıb gülür
Olacam mən axır dəli
Dərinə üzürəm
Dərin-dərin yaralarıma mən dözürəm
Hər gün doğulub ölürəm
Hər şeyə rəğmən gülürəm
Tək qalmaq nədir, bilirəm
Çünki yüzlərdən biriyəm
Sənə yox, özümə gəlirəm
Kim gedər, kim qalar, bilinər
Əqrəb bürcü kimi
Atıram qəhər kini
Həyatım zəhər kimi
Buğa bürcü, fədakaram
Bəzən olur, inadkaram
Qəmli notda tar-kamanam
Bilə bilmirəm, nə bürcüyəm
Bəlkə də, mən tərəzi bürcüyəm
Çəkirəm dərdimi, ağır gəlir
Bəlkə də, mən oxatan bürcü
Nizələrim mənə ağrı verir
Uzaqdayam, çağır, gəlim
Zamanım bax axır, gedir
Gələn-gedən baxıb gülür
Olacam mən axır dəli

(Olacam mən axır dəli)

Bəlkə də, mən tərəzi bürcüyəm
Çəkirəm dərdimi, ağır gəlir
Bəlkə də, mən oxatan bürcü
Nizələrim mənə ağrı verir
Uzaqdayam, çağır, gəlim
Zamanım bax axır, gedir
Gələn-gedən baxıb gülür
Olacam mən axır dəli
Bəlkə də, mən tərəzi bürcüyəm
Çəkirəm dərdimi, ağır gəlir
Bəlkə də, mən oxatan bürcü
Nizələrim mənə ağrı verir
Uzaqdayam, çağır, gəlim
Zamanım bax axır, gedir
Gələn-gedən baxıb gülür
Olacam mən axır dəli



Credits
Lyrics powered by www.musixmatch.com

Link