Verdiyim Sözlər

Mən söz vermişdim bir gün böyüyəcəm
Hamı kimi olub hamıdan da seçiləcəm
İki uşaq atası, sevimli ər olacam
Evdə axşam, işdə hər səhər olacam
Məktəbimi bitirəcəm hamısı "beş"lə
İnstituta gedəcəm altımda "X5"lə
Tələbə həyatı, dost tanış hər dəfə
Həftədə bir dəfə gələcəm gec evə
Beləcə həyatım keçəcəy plana uyğun
Dərdsiz, problemsiz, ama durğun
Yaxşı iş, əsl kişilərə uyğun
Anam deyirdi vaxt gələr ki, eşidərəm uğurun
Buna doğru gedirdi hər şey, dörd sinif əlaçı
Yolu açıq bu uşağın həmişə
Cəmiyyətə qoşulub gedim normal həyat yolunu
Və məni incitməz heç vaxt həyat oyunu

Verdiyim sözlərin arasından
Tutmuşam tək azad olmağı
Yalançı gözlərin arasından
Həyat öyrətdi mənə uzaq olmağı

Verdiyim sözlərin arasından
Seçmişəm tək azad olmağı
Yalançı gözlərin arasından
Həyat öyrətdi mənə uzaq olmağı

İllər keçdi, zərbələr gəldi dalbadal
Yollarımı dəyişdim hədəfimə çatmadan
Bir insan kimi, yaşamağ istədim
Amma həyat itələdi həqiqətə varmadan
Yüksək balla qəbul oldum, amma nə fayda
Müəllimlər rüşvət istəyirsə əgər hər ayda
Kimsə gəlir dərsə şoferiylə, mən metroyla
Ədalət oyuncaq imiş, əlivə götür oyna
Dərsdən çıxıb işə gedirdim, işdən isə studya
Tanışım yoxsa deməli yaxşı peşə bir illüziya
Sevgili tapmaqla problem tapmaq eynidi
Smslər bahalı hədiyyənin yerini vermirdi
Xoşbəxtlik sevmirdi varlı olmayanları
Həyat sevirdi ancaq bu həyatdan doymayanları
Cəmiyyət tapdaladı normal həyat yolunu
Və məni sildi hesabdan bu həyat oyunu

Verdiyim sözlərin arasından
Tutmuşam tək azad olmağı
Yalançı gözlərin arasından
Həyat öyrətdi mənə uzaq olmağı

Verdiyim sözlərin arasından
Seçmişəm tək azad olmağı
Yalançı gözlərin arasından
Həyat öyrətdi mənə uzaq olmağı

Yaxşı ki, normal həyatdan uzaqda doğulmuşam
Qaydalarımı başqası yox, mən qoymuşam
Cəmiyyətdən bir addım qıraq, ya arxa, ya qabaq
Keçdi vaxt, indi bax, Orxan yox Aid olmuşam
Yaxşı ki, doğulmamışam milyoner ailəsində
Alın təriylə nəyisə qazanmaq nədir bilməzdim
Yaxşı ki, böyüməmişəm ciddilərin çevrəsində
Gecə maraqçün qəbirstanlığa gedə bilməzdim
Universitetə əgər getsəydim şoferimlə
Metronun qabağında o qızı o gün görməyəcəydim
Ərköyün böyüyüb, yıxılmaq nədi bilməsəydim
Qalmağın çətin, amma zövqlü olduğunu bilməyəcəydim
Qalstuk taxıb əgər ciddi işdə işləsəydim
Kapüşon taxıb konsert vermək nədi bilməyəcəkdim
Cəmiyyətə qoşulub getsəydim normal həyat yolunu
Mənim xeyrimə bitməzdi onda həyat oyunu

Verdiyim sözlərin arasından
Tutmuşam tək azad olmağı
Yalançı gözlərin arasından
Həyat öyrətdi mənə uzaq olmağı

Verdiyim sözlərin arasından
Seçmişəm tək azad olmağı
Yalançı gözlərin arasından
Həyat öyrətdi mənə uzaq olmağı



Credits
Writer(s): Orkhan Zeynalli
Lyrics powered by www.musixmatch.com

Link