Cennet Baqı

Göy meşələrin səsləyər
Cənnət bağı, Altıağac
Buz bulaqların gəl deyər
Cənnət bağı, Altıağac

Gül, çiçəyi əlvan
Saf havası dərman
Göz oxşayır hər yan
Əziz qonağa gəl deyər

Bura gözəldir ilin hər bir çağında
Cənnətdə gəzərsən inan cənnət bağında

Bülbül nəğməsini deyər
Cənnət bağı, Altıağac
Hər an səni gözləyər
Cənnət bağı, Altıağac

Bu mehriban diyar
Bir əbədi bahar
Gəl yolundan çıxar
Əziz qonağa gəl deyər

Bura gözəldir ilin hər bir çağında
Cənnətdə gəzərsən inan cənnət bağında

Gül, çiçəyi əlvan
Saf havası dərman
Göz oxşayır hər yan
Əziz qonağa gəl deyər

Bura gözəldir ilin hər bir çağında
Cənnətdə gəzərsən inan cənnət bağında



Credits
Lyrics powered by www.musixmatch.com

Link