Olanlar Oldu

Bu gün məktubunu tapdım,
Yazmış idin onu ilk sevgilinə (sevgilinə).
Oxumadan cırıb atdım,
Qorxdum birdən düşər sənin əlinə.
İstəmədim düşünəsən,
Qısqanıram səni yenə dünəninə.
Bu gün məktubunu tapdım,
Keçmişi qaytarıb qoydum yerinə...

Bu gün məktubunu tapdım,
Yazmış idin onu ilk sevgilinə (sevgilinə).
Oxumadan cırıb atdım,
Qorxdum birdən düşər sənin əlinə.
İstəmədim düşünəsən,
Qısqanıram səni yenə dünəninə.
Bu gün məktubunu tapdım,
Keçmişi qaytarıb qoydum yerinə...

Olanlar oldu, keçənlərin nə faydası,
Olanlar oldu, ağlamaq eşqin qaydası,
Olanlar oldu, sən taleyimin nakam yazısı,

Olanlar oldu, onu mənədək sevirdi,
Olanlar oldu, men ki, bunları bilirdim.
Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir...

Bu gün məktubunu tapdım,
Nəzər saldım ancaq ilk sətirinə (sətirinə).
Yenə yaranımı qanatdım,
Ancaq inanırdım məni sevdiyinə (sevdiyinə) .
Xatirələri oyatdım
Nə qədər ağır olsa da, bilə-bilə.
Bu gün məktubunu tapdım,
Yazmış idin onu ilk sevgilinə (sevgilinə)...

Olanlar oldu, keçənlərin nə faydası,
Olanlar oldu, ağlamaq eşqin qaydası,
Olanlar oldu, sən taleyimin nakam yazısı,

Olanlar oldu, onu mənədək sevirdi,
Olanlar oldu, men ki, bunları bilirdim.
Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir (çətindir)...

Mənim sənə qarşı məhəbbətimi, yox edir hansısa, xəlvəti məktub.
Hər dəfə tapıram, cırıb atıram.
Yenə məktubu olmuş növbəti məktub.
Mənim arzularım başqa cür idi.
Tək mənə deyəsən "Sevirəm Səni"...
Mən nə istəyirəm hardan biləsən?
Sən nə istəyirsən heç bilmirsən özün, bilmirsən...

Olanlar oldu, keçənlərin nə faydası,
Olanlar oldu, ağlamaq eşqin qaydası,
Olanlar oldu, sən taleyimin nakam yazısı,

Olanlar oldu, onu mənədək sevirdi,
Olanlar oldu, mən ki, bunları bilirdim.
Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir (çətindir) ...



Credits
Lyrics powered by www.musixmatch.com

Link