Illuziya (feat. Səbinə Rəhimova)

Doludur qəmli sətirlərlə kitablar,
Bilinmir ki, indi sevincindən kim ağlar.
Daha əvvəlki tək çamğlamayan bulaqlar var,
İçimdə siyasətdən doğulmamış uşaqlar var.
Daxmalardan qaçanlarıq biz,
Şəhərlərdə çox qələbəlik, qalmır iz.
Bir gün özümü itirsəm, kim anlar ki,
Qələmi vərəqə daha da sıx
Tətiyi gicgahda düşün, artsın cəsarət.
Vur!
İçinə qonan qarğaları uzaqlara
Çox uzaqlara uçur.
Və yalnız yalançılar ən gərəkli anlarda susur!
Yalançılıq, bu, deyil qüsur.
Bu, təbii fəlakət,
Bu, mədəni xəyanət,
Bu, bədəni zəmanət altında
Beyinə ticarət,
Bu, yabanı bitki kimidir
Bitdiyi yerlərdə xarabalıqdan olur əlamət.
Və nəqarət...

Səbinə Rəhimov:
Gec qalmaqdan qorxmamaq,
İrəli getmək, geriyə baxmamaq.
Qonaq edə bilməyəcəyəm səni dünyama,
Xoş gəlmisən dar daxmama.

Həyat düşündüyümdən də alçaq,
Nə biləydim ki, dostlarımı pulla satın alacaq.
Ən yaxşısı, düşünüm ki, onlar şəhid olublar,
Bundan sonra ruhları Allaha yaxın olacaq.
Amma tək düşünməklə olmur ki, bu həyat,
Bizə kim öyərdib ki, dadlı olur bayat.
Biz yaxşı yaşamağı sayırdıq birgə yaşamaq,
Amma indiki yaşama demək olmaz babat.
Fərat Dəclədən ayrıldı, demək mümkün hər şey,
Səhv kimi sübut olundu mövcud düzgün hər şey.
"Yıxılmarıq", "yıxılsan tutarıq" deyən hər kəs
Toz olub sovruldu, indi ölgün hər şey.
Mənim səsim olmamalı idi bu verse'də
Pis tələbələri Fələk qovur dərsdən
Həyat mənə üçbucaqlarını hədiyyə edir,
Qarğalarsa qanad çaldı qorxub səsdən.

Səbinə Rəhimov:
Gec qalmaqdan qorxmamaq,
İrəli getmək, geriyə baxmamaq.
Qonaq edə bilməyəcəyəm səni dünyama,
Xoş gəlmisən dar daxmama.



Credits
Writer(s): Mirza Ramic, Parviz Isaqov, Orkhan Zeynalli, Asher Lewis Max
Lyrics powered by www.musixmatch.com

Link