Bayati Shiraz : Däramäd, bardasht, maye
Giriban oldu rüsvalıq əlilə çak damən həm
Mənə rüsvalığımdan dustlər tən etdi, düşmən həm
Rəhi-eşq içrə, can qıldım, giriftari-bəla, tən həm
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Əgər tutsam ğəmim eldən nihan, səbri qərarım yox
Və gər şərhi-ğəmi-pünhanım etsəm, ğəmgüsarım yox
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarım yox

Ay əman, ay əman, əman eey
Olubdur əşki-xunab ilə gülgun-çöhreyi-zərdim
Yanıbdır atəşi-hicrana cani-dərdpərvərdim
Cəfayi, eey, cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim

Gəhi şövqi-vüsali, gəh bəlayi-hicr ilə zarəm
Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm
Ğəmi-eşq içrə dərmani yox dərdə giriftarəm
Ğəmi-eşq içrə bir dərmani yox dərdə giriftarəm
Bu yetmezmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Aman ey, yar aman ey
Cüda səndən bəlavü dərdi-hicran ilə tutdum xu
Qılır hər dəm mənə bidad dərd ayru, bəla ayru
Bəlavü, bəlavü dərdə düşdüm ruzigarım böylə, halım bu

Təbibi-eşqə çün izhar qıldım dərdi-pünhani
Məni bimarə, olmadı bir səhhət imkani
Əzəldən var min dərdim, yoxdur heç dərmani

Füzuli, füzuli hər zaman bir tən ilə bağrım qılırsan qan
Əcəb bilməzmisən, əcəb bilməzmisən kim, eşqdən keçmək deyil asan?
Bilirsən düşmüşəm, yoxdur ona dərman
Bilirsən düşmüşəm bir dərdə kim, yoxdur ona dərman
Bu yetməzmi ki, eey, bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Əman, əman, bedad əman
Əman, əman, əman, əman
Ey ay əman, dad əman, dad əman eey

Credits
Writer(s): Dr
Lyrics powered by www.musixmatch.com
Link
Other Album Tracks
- Bayati Shiraz : Däramäd, bardasht, maye
- Bayati Shiraz : Räng, bayatï esfahan,räng, zil bayatï shiraz, khavaran
- Bayati Shiraz : Räng, uzzal, zarbi uzzal
- Zabol : Däramäd, bardashr, maye
- Zabol : Räng, zabol, muye, räng, segah
- Zabol : Räng, zil zabol, räng
- Zabol : Hasar, manandi mukhalif
All Album Tracks: Azerbaijan - Azerbaidjan: The Art of Mugham >
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.