Birotaqlı Ev

Ailədə üç uşaq idik, üçümüz də tez böyüdük
Ya illər tələsdi, ya da qocalmağı böyümək zənn etmək
Zamanın təkid etdiyi bir həvəsdir
İnanıb yaşlanıram, bir az olar gəldim işdən evə
Bağışla, söhbətə heç vaxt salam-dan başlamıram
Piyada gəldim, istədim bir az yağışda qalım
Sən Allah, bağışla, halım pisdir bir az
Kefim də yoxdur sən deyən, hardasa artıq 18 ildir
Sağ qonşum bərbər, bax bu böyürdəkisə gizirdir
Hərbi hissə var burda bayaq topayla əsgərlər gəzirdi
Gəl, çay süzüm, bağışla ev də tör-töküntüdür
Tək qalıram, səliqə tək qalan kişini hörküdür
Damım damır, evdə darıxmıram yağışçün
Yoxdur deyə qapım açıq deyil dost-tanışçün
96-cı ildən çəkirəm bu zibili
Cəhənnəm xatırladar mənə Bakını
Necə Hüseyn Cavidə Sibiri
Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni
Gözlərindən susaraq danışım həyatım eşidir məni
Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində
Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə
İlk səsi eşidən kimi qaçmışdım çölə, uşaqlar həyətdə idi
Gözümə qürubun elçisi olan qırmızı şəfəqlər dəydi
Əzrail üfüqdəydi, gülləylə bir qanad çalıb
Canın alıb, doğmalarımın ölümü önümdəydi
Güllələrtək yetişən ailə 4 gülləylə yarım qaldı
Qızımla qaçdım meşəyə, o biri dünyada yarım qaldı
Budaqlardan çiynimə tökülən qar əriyir qanla
Alışmış evlərdəki nalələrdən əriyir damlar
Mərd insanlar döyüşdə ölümə qərq insanlar
İllərin ağrıların mücrülərtək qəlbim saxlar
Əllərimi açıb yalvardım - Ay Allah, dəyiş alın yazımı
Əllərimin içində vurdular ayaqyalın qızımı
Qalıb döyüşdüm iki il, qaçmadım Azərbaycandan
Heyif qaytarmadı itirdiyim canları aldığım canlar
Soyadımı daşımağa biri qalmayıb həyatda bu da bir dərd
(Heç kim qalmayıb)
Adımısa bəlkə öləndən sonra daşıyar küçə, ya məktəb
Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni
Gözlərindən susaraq danışım həyatım eşidir məni
Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində
Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə
Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni
Gözlərindən susaraq danışım həyatım eşidir məni
Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində



Credits
Writer(s): Orkhan Zeynalli, Perviz Isaqov
Lyrics powered by www.musixmatch.com

Link