Prizma (feat. PRoMete)

Bu səhnələr aman nədir, bilmir
Açılır pərdələr, alın təri kəsilmir
Mikrofon əllərdə, sözlərimiz dillərdə
Üzümüz az tanınır, "verse"lərimiz əzbərdə
Bu səhnələr aman nədir, bilmir
Açılır pərdələr, alın təri kəsilmir
Mikrofon əllərdə, sözlərimiz dillərdə
Üzümüz az tanınır, "verse"lərimiz əzbərdə
Düz məsafə mikrofonla, qoy olsun hər zaman arada
Demə ki, rep yazmaq baxmır nə ağıla, nə biliyə, savada
Qulağın məndə, indi burada, amma ki beynin hələ də havada
"Dəyirman production, HOST" tərkibi tənqid dilimizdə hətta yatanda
Bu "beat" bizi fəth etdi, bizi belə dəli hərdən dirilən dərd etdi
Siz çox zamanı yalanın tavanından asıb dediniz, bizi mərd etdi
Biz həm sərt, həm yumşaq mətn, beyinlər qurban, "track"lər qətl
Kim düz sözə görə bizi sevdi, kimə çox girdi ki, nifrət etdi
Lütlən gəz, damara "narko", bura Avropa, bizə embarqo
Düz "стиль": qalstuk, kostyum "Lacoste", beyinə gəlir ağıl "via cargo"
Kim çılğın, kim özünü gözə soxur, kim "ağıllı uşaq", daim sözə baxır
Kim iylənib çox-çox pis qoxur, içindəki zibil burnundan axır
Kim söz üstdə, kim səhv üstdə, kim qatil, kim cəmiyyət üstdə
Kim haqq-ədalət, kim şər üstdə, kim var-dövlət, kim pul istər
Yarımçıq fikirlər arxasında qalan həqiqətlər mənə doğmadır
Amma mənim özümə güvənim
Mənim ümidimi dar günümdə də tək buraxmadı
Bu səhnələr aman nədir, bilmir
Açılır pərdələr, alın təri kəsilmir
Mikrofon əllərdə, sözlərimiz dillərdə
Üzümüz az tanınır, "verse"lərimiz əzbərdə
Bu səhnələr aman nədir, bilmir
Açılır pərdələr, alın təri kəsilmir
Mikrofon əllərdə, sözlərimiz dillərdə
Üzümüz az tanınır, "verse"lərimiz əzbərdə
3 il "стаж"', yüzdən çox "track"
Çox sayda görüş, bir neçə konsert
Ətrafda yüzdən çox HOST-çu vaxt keçdikcə üzə çıxdı
Kütlə arasından dolğun baxışlar seçilir, lap min nəfər olsa da
Bataqlıqdan da yer üzünə çağırışlar hədəfə çatdı
Yaxadan tutsa da çoxu
Bu izahatdır, deyil fəxriyyə, istədiyimiz düz tərbiyə
Səhv beyinlər səhv yerə yozdu, bir neçə düz beyin vardı fərqinə
"Hater"lərə biz çox "fora" verdik, uşaq-muşaqları daim yola verdik
Düşmənlərlə qol-qola verdik onların içini yaxından bilməkçün
Kütləmizdən istifadə, ağlınızdan belə keçirtməyin
"HOST gəncliyinin sayı azalıb?!" bunu arzulamaqdan belə vaz keçin
Bizə gərəkdir sağlam ruhlu gənc, mütaliə, mənəvi inkişaf
Keçmişində olubsa belə iyrənc yol, bağışlanar, etsə etiraf
Tap paradoks bizim sətirdə, öldür vaxtını bizim mətndə
Sən yerində say, biz gedək irəliyə, xırdala keçmişi, biz yol gələcəyə
Sən qoy tərəziyə - sağ yol, sol yol, hesabla, haradadır mənfəət
Qaradaqirmizi.com - "Track" sözləri", bax bil ki, oradadır səltənət
Bu səhnələr aman nədir, bilmir
Açılır pərdələr, alın təri kəsilmir
Mikrofon əllərdə, sözlərimiz dillərdə
Üzümüz az tanınır, "verse"lərimiz əzbərdə
Bu səhnələr aman nədir, bilmir
Açılır pərdələr, alın təri kəsilmir
Mikrofon əllərdə, sözlərimiz dillərdə
Üzümüz az tanınır, "verse"lərimiz əzbərdə
Bu səhnələr aman nədir, bilmir
Mikrofon əllərdə
Üzümüz az tanınır, "verse"lərimiz əzbərdə



Credits
Writer(s): Orkhan Zeynalli, Vusal Hesenov, Perviz Isaqov
Lyrics powered by www.musixmatch.com

Link