Bir Gün

Qal salamat gedirəm uzaq
Daha yox maraq sözsüz ayrılaq
Ol dünənim olma düşmənim
Axı nə taqət sınmış yelkənim
Həyatımı dəyişib sevməliyəm yenidən
Səni mən sildim ömrümdən

Bir gün düzələr keçər
Mənim ömrümə yenə gün saçar
Onsuz daha nə fayda
Ürəyim qıfıl ona yox açar

Bir gün kəsəcək yağış
Məni isladan səni yandıran
Bir gün belə yazılmış
Buda bir sınaq bizə tanrıdan

Çox üzülüb peşman olma heç
Yada salma heç yolumda durma keç
Çıx qapıdan geri dönmədən
Çıx dinmədən yoxdur sənlə mən
Həyatımı dəyişib sevməliyəm yenidən
Səni mən sildim ömrümdən



Credits
Writer(s): Roya
Lyrics powered by www.musixmatch.com

Link